“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki

0
1779

Hörmətli xanımlar və cənablar, dəyərli insanlar, xaricdə yaşayan soydaşlarımız.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyəti və dəyərli üzvləri adından Sizi və xalqımızı qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq, milli mənlik, el-obamıza, ölkəmizə, dünyamıza əmin-amanlıq arzulayıram!

31 Dekabr tarixi artıq 27 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi Azərbaycanda və dünyanın dörd bir yanında yaşayan 50 milyondan çox azərbaycanlılar tərəfindən geniş şəkildə qeyd edilir. 1989-cu il dekabrın 31-də qədim Naxçıvan diyarında sərhəd dirəkləri uçurulub, tikanlı məftillər sökülən zaman doğma Qazağımıza Qərbi Azərbaycandakı dədə-baba torpaqlarından ermənilər tərəfindən qovulan soydaşlarımız pənah gətirmişdir. Həmin dövrdə bütün azərbaycanlılar kimi qazxlılar da öz soydaşlarına qucaq açaraq onlara dəstək oldular. Ardınca Qazax və Ağstafanın sərhəd kəndlərinə qarşı erməni quldurlarının silahlı hücmu başladı. Qazax mahalının dəyərli ziyalıları, vəzifəli insanları və müxtəlif peşə sahibləri 1990-cı ildə həmrəy olub bir araya gələrək el-obanın ağır günündə Qazax Xeyriyyə Cəmiyyətini yaratdılar. Qazax Xeyriyyə Cəmiyyəti 1990-1994-cü illərdə Qazax mahalınının sərhəd kəndlərinin əhalisini rus ordusundan aldıqları silah-sursatla, ərzaq və geyimlə təmin etmişdir. Cəmiyyətin üzvləri mütamadi olaraq cəbhədə, səngərlərdə döyüşən əsgərlərin yanında oluaraq onlara mənəvi dəstək olmuşdular.

Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra azərbaycançılıq ideologiyası milli ideologiya kimi qəbul edildi və parçalanmış, pərakəndə hərbi birliklər vahid mərkəzdən idarə olunan ordu şəklində formalaşdırıldı. Azərbaycançılıq ideologiyası ətrafında 50 milyondan çox azərbaycanlı toparlanaraq müstəqil Azərbaycan naminə birləşərək həmrəy oldular. Məhz 31 Dekabr tarixinin də ümummilli bayram kimi qeyd edilməsinin məzmun və mahiyyətində xalqımıza, millətimizə mənsubluq, Heydər Əliyev siyasətinə sədaqət dayanır. Həmçinin bu gün dünyada Azərbaycanın maraqları uğurunda yorulmaq bilmədən çalışan, mübarizə aparan cənab Prezident İlham Əliyevin ətrafında həmrəylik göstərərək bir yumruq kimi birləşməyimiz də bu günün böyük tarixi əhəmiyyətindən xəbər verir.

Qazax Xeyriyyə Cəmiyyəti də ictimai təşkilat olaraq ölkəmizin milli maraqları naminə  aparılan daxili və xarici siyasəti dəstəkləyib, bütün sahələrdə həmrəylik nümayiş etdirərək ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmuş, bu gün də ölkə prezidenti cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun yürütdüyü siyasi kursa sadiqdir. Hər zaman ölkənin hər bir yerində olduğu kimi Qazax mahalının dəyərli insanları da Azərbaycanın adını hər yerdə ucalara qaldıraraq ölkəmizin inkişafına böyük töhfələr vermişdir.

Dəyərli həmvətənlilərimiz, həmçinin biz sizlərlə Yeni il bayramını da qarşılayırıq. Yola saldığımız 2018-ci il ölkəmizin həyatında bir çox uğurlarla yadda qaldı. Bu ildə də ölkəmizin uğurları sürətli inkişaf dinamikası ilə artan xətt boyunca yüksəlmişdir. Bildiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar olaraq Prezident cənab İlham Əliyevin imzaladığı sərəncamla 2018-ci il Azərbaycanda “Cümhuriyyət ili” elan olunmuşdur. Bu il Azərbaycan ordusunun iki möhtəşəm hərbi paradı keçirildi ki, bütün region və dünya dövlətləri Azərbaycanın hərbi gücünün, hərbi müttəfiqlik imkanlarının genişliyinin şahidi oldu. Elm, təhsil, səhiyyə və iqtisadiyyatın inkişaf etdirilməsi yönündə ölkə Prezidenti bir çox fərman və sərəncamlar imzalamışdır. Azərbaycan Müəllimlərinin XV Qurultayı kimi möhtəşəm tədbirin keçirilməsi təhsilimiz, orta və ali məktəblərimiz qarşısında duran prioritet məsələlərin həlli istiqamətlərinə böyük töhfə olaraq, həmçinin yeni üfiqlər göstərmiş oldu. Dünyada baş verən böhranlı iqtisadi və pozucu siyasi kataklizmlərin dalğası ölkəmizə təsiri yenə də neytrallaşdırıldı. Əlbəttə ki, bu cür hadisələrin qarşısında yüksək əzmkarlığa, dəmir iradəyə, hərtərəfli siyasi hazırlığa malik, xalqı ilə bir olan, həmrəy olan güclü hakimiyyət dayanır. Məhz cənab Prezidentin gərgin əməyi və uğurlu siyasi fəaliyyəti nəticəsində Azərbaycanda aparılan iqtisadi, siyasi, hərbi, elm-təhsil və digər sosial məsələlər sahəsində böyük uğurlar qazanılmışdır. Əldə edilən böyük uğurların təməlində isə hər birimizin bu və ya digər formada zəhmətləri olmuşdur. Bütün uğurların təməlində isə möhtəşəm birlik dayanır. Atalarımız da demişdir ki, “Güc birlikdədir!”. Əminik ki, biz bu birliyimizlə hələ çox uğurlara, tərəqqilərə nail olacağıq.

Doğma vətənimiz Azərbaycanın hərtərəfli inkişafında Qazax mahalının – Qazax və Ağstafa rayonlarının insanlarının da böyük əməyi olmuşdur. Hər bir görülən yaxşı işin, əməlin, nailiyyətin ölkə rəhbərliyi səviyyəsində qiymətləndirildiyi, dəyərləndirildiyi kimi Qazax və Ağstafadan olan zəhmətkeş insanların, alimlərin, müəllimlərin, sənətkarların də əməyinə yüksək qiymətlər verilmişdir. Tək onu qeyd edə bilərik ki, 2018-ci ildə Prezident İlham Əliyevin müfafiq sərəncamları ilə bir neçə həmyerlimiz ölkənin ali orden və medallarına, fəxri adlara, yüksək hərbi rütbələrə və mükafatlara layiq görülmüşdür.

Qeyd edim ki, bu il həmçinin Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 ili tamam olub. Bu münasibətlə Seminariyanın 100 illik yubileyinin Respublikada yüksək səviyyədə qeyd edilməsinə köməklik göstərilməsi üçün “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə və akademik Teymur Bünyadov ölkə prezidenti cənab İlham Əliyevə məktub ünvanlamışlar. 3 noyabr 2018-ci ildə cənab Prezidentin müfafiq sərəncamı ilə “Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” tarixi sərəncam imzalanmışdır.

Həmçinin bu il Prezident Administrasiyasının rəhbəri hörmətli akademik Ramiz Mehtiyevin sərəncamı ilə professor Famil Mustafayev Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən, sədr müavini təyin edilmişdir. Bundan başqa Baş nazir cənab Novruz Məmmədovun sərəncamı ilə “Şöhrət” ordenli, Əməkdar mühəndis Qasım Abdullayev Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin olunmuşdur.

Belə yüksək fəxri adlara, təltiflərə, təyinatlara, insanların əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə bir daha minnətdarıq ki, el-obamızın dəyərli insanlarına, ziyalılarına bu cür qiymət vermişdir. Daim Azərbaycan mədəniyyətini, incəsənətini dünyada yorulmadan təbliğ edən, cənab prezidentin ən sadiq siyasi dəstəkləyicisi, Heydər Əliyev Fondunun direktoru, YUNESKO-nun və İSESKO-nun xoşməramı səfiri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da apardığı siyasi fəaliyyətdə Qazax və Ağstafa elinin ziyalıları, dəyərli insanları, sadə vətəndaşları onunla həmrəylik nümayiş etdirirlər.

“Qazax” Xeyriyyə İctimai Birliyi 2018-ci ildə təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq işlərini uğurla başa vurmuşdur.

Təbii ki, gördüyümüz işlər çox olduğundan burada geniş bəhs etmək mümkün olmur.

Prezidentin müvafiq sərəncamları ilə həyata keçirilən bütün təbdirlərdə, həmçinin Qazax və Ağstafa ilə bağlı olan digər tədbirlərdə yaxından iştirak etmişik. “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən təşkil edilən tədbirləri həyata keçirmişik. Bu işlərdə daim bizə dəstək olan Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə, millət vəkilləri akademik Nizami Cəfərova, Kamran Nəbizadəyə və Ülviyyə Ağayevaya minnətdarlığımızı bildirirk.

2019-cu ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyət planında nəzərdə tutulmuş işlərin sırasını genişləndirərək daha vacib sahələrə aid işlər görəcəyik. Ən böyük və vacib işlərimizdən biri isə 2019-cu ildə Qazax Müəllimlər Seminariyasının 100 illik yubiley tədbirlərinin keçirilməsinə çalışmaqdır. Respublika əhəmiyyətli olan bu yubiley tədbirini böyük təntənə və bayram ruhunda həyata keçirməyi planlaşdırmışıq. Bunun üçün İctimai Birliyin müvafiq komissiyaları qarşılıqlı formada tədbirlər planının mexanizmini hazırlamaqla məşğuldurlar.

Həmçinin ölkə rəhbərliyi tərəfindən insan kapitalının inkişafına xüsusi diqqət yetirildiyindən biz də fəaliyyətimizdə bu prinsipləri rəhbər tutacağıq. Cəmiyyətdə sağlam düşüncəli, peşəsinə, sənətinə bağlı, ölkəmizin inkişafina, bayrağımızın ucaldılmasına çalışan, lakin bu yolda bəzi çətinlikləri olan hər bir kəslə birgə olacağıq. İnanırıq ki, sizlərin də dəstəyi ilə 2019-cu ildə 2018-ci ildə əldə olunan böyük nailiyyətlərin sırası davam edəcək. Ölkəmizin inkişafı naminə yorulmadan böyük işlər görəcəyik.

Bir daha Sizləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyəti və Birliyin üzvləri adından təbrik edir, ən gözəl, ən xoş arzularımı bildirirəm!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here