Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Azərbaycan diasporunun tanınmış simalarından biri, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin doğum günüdür.

Rusiyada yaşayan soydaşlarımızın pozulmuş hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Rusiya və Azərbaycan dövlətlərinin siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrinin möhkəmlənməsində Şahin Şıxliniskinin müstəsna xidmətləri var. Şahin Şıxliniski fəal diaspora sədri kimi Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, hüzn günlərinin Rusiyada geniş şəkildə qeyd olunmasını bir missiya kimi həyata keçirir. Şahin Şıxliniski Yekaterinburqda təhsil alan azərbaycanlı gənclərin koordinasiya olunması, bu ölkədə yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən iqtisadi və sosial yönümlü layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir. O, Rusiyada yaşayan azərbaycanlıların övladları üçün xüsusi məktəb açılmasına nail olmuşdur. Bu məktəbdə tədris olunmaq üçün Azərbaycan dili və Azərbaycan tarixi dərsliklərinin göndərilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş və onun müraciəti əsasında həmin dərsliklər göndərilmişdir. Bu fənləri tədris etmək üçün isə Yekaterinburqa müəllimlər də göndərilmişdir. Həmçinin onun təşəbbüsü ilə ilk dəfə Yekaterinburqdakı ali təhsil müəssisələrində “Azərbaycan guşəsi” yaradılmışdır ki, burada da bu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr üçün Azərbaycan dili, ədəbiyyatı və tarixi haqqında dərslər keçirilir. Bundan başqa o, Yekaterenburq vilayətinin ucqar ərazilərində yaşayan azərbaycanlı şagirdlər üçün də “Şənbə məktəbləri”nin yaradılmasına nail olmuşdur ki, burada da həftənin şənbə günü azərbaycanlı şagirdlərə Azərbaycan dili, ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan mədəniyyəti haqqında dərslər keçirilir.

Şahin Şıxliniskinin fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi şəhərdə Azərbaycana qarşı olan məkirli qüvvələrlə mübarizə, xüsusi ilə ermənilərin yaratdığı yalançı mifi dağıdaraq onların təxribat xarakterli informasiyalarının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, Yekaterinburqda bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyala və xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub. Eyni zamanda, ermənilərin Azərbaycan ərazisində həyata keçirdiyi soyqırımlar, vəhşiliklər barədə tədqiqatlar aparıb, bununla bağlı müəyyən vəsaitlər çap etdirib. Şahin Şıxlinski diaspora fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan xalqının ümummillilideri Heydər Əliyevlə də görüşmüşdur. Ulu öndərin tövsiyyə və məsləhətləri əsasında diaspora fəaliyyətini daha yüksək formada qurmuşdur.

Şahin Şıxliniskinin Azərbaycan naminə göstərdiyi diaspora fəaliyyəti dövlətimiz tərəfindən daim dəstəklənir və qiymətləndirilir. O, 2006-cı il martın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Doğma vətənimiz Azərbaycan naminə diaspora fəaliyyəti yönündə yorulmaq bilmədən çalışan eloğlumuz bu gün də yüksək əzmlə, məmnunluq hissi ilə işlərini davam etdirir.

Həmyerlimiz Şahin Şıxlınski hər zaman qeyd edir ki, hər bir azərbaycanlı öz ölkəsinin kiçik səfiri olmalıdır. Hər yerdə o vətəninin mənafeyini qorumalı, onun inkişafına dəstək olmalıdır. Bunun üçün hər kəsin dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və tariximiz haqqında geniş və əsaslı bilgilərə malik olması vacibdir.

Bundan başqa həmyerlimiz Şahin Şıxlinski “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində aktiv iştirak edir, İctimai Birliyin xətti ilə xeyriyyəçilik işləri görür. Həmçinin xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti ilə bağlı İctimai Birliyin saytında və “Dəli Kür” qəzetində məlumatlar verir.

“Qazax”Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, texnika elmləri doktoru Qasım Abdullayev, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Vidadi Bayramov, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azərbaycan diasporasının tanınmış nümayəndəsi Şahin Şıxlinskini doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır. Şahin müəllim, sizinlə fəxr edirik!

P.S. Şahin Şıxlinski 20 fevral 1966-cı ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur.

1973-1983-cu illərdə II Şıxlı kənd orta məktəbində təhsil almışdır.

1984-1986-cı illərdə Sovet ordusunda xidmət etmişdir.

1986-cı ildə “Sverdlovskqrajdanstroy” trestində calışmış, Komsomol Komitəsinin katibi vəzifəsinə secilmişdir.

1990-1995-ci ildə Ural Dovlət Hüquq Akademiyasında təhsil almışdır. Həmçinin bu Akademiyanın aspiranturasında da təhsil almışdır.

1995-1996-cı ildə “E” İnşaat şirkətində Huquq şobəsinin mudiri vəzifəsində çalışmışdır.

1996-1999-cu illərdə “Prestij-Servis” İstehsalat Kommersiya Firmasının prezidenti olmuşdur.

2004-cu ildə Ümumrusiya Azərbaycan Konqresinin (UAK) Ural Rayon Şurasının sədri, 2004-cu ilin oktyabrında isə konqresin vitse-prezidenti secilmişdir.

2007-ci il martın 10-da Avropa Azərbaycanlıları Konqresinin II qurultayında vitse-prezident təyin olunmuşdur.

Dünya azərbaycanlılarının I və II qurultaylarında nümayəndə, Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin I və II qurultaylarında numayəndə, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü seçilmişdir.

Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür.

Sverdlovsk vilayətinin Qubernatorunun 22 fevral 2008-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası və Sverdlovsk vilayəti arasındakı iqtisadi və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə  Sverdlovsk vilayətinin Dövlət mükafatı, 2008-ci ilin avqust ayında isə “Yekaterinburq şəhərinin qurulmasının 285 illiyi” medalı ilə təltif olunmuşdur.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Ailəlidir. 3 oğlu, 1 qızı var

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here