Şəhid Hafiz Abdullayevə Allahdan rəhmətlər diləyirik

0
1642

Xəbər verildiyi kimi mart ayının 4-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Aparılan axtarışlar nəticəsində gizir Hafiz Abdullayevin nəşi 12 aprel 2019-cu ildə qar altından tapılıb. Əsgər Məmmədov Fərrux Fərman oğlunun axtarışları isə davam etdirilir.

Şəhid gizir Hafiz Abdullayev aprelin 14-də böyüyüb boya-başa çatdığı Yuxarı Salahlı kəndinə gətirilərək kənd qəbiristanlığında böyük el coşqusu ilə dəfn olunub. H.Abdullayevin dəfnində  Qazax rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri, rayon ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, millət vəkili akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, millət vəkili Kamran Nəbizadə, millət vəkili Ülviyyə Ağayeva, Əməkdar mühəndis Qasım Abdullayev, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, professor Mustafa Babanlı, professor Əhməd Vəliyev, Fuad Hacıyev, Vidadi Bayramov, general-mayor Mahmud Həmzəyev, polkovnik Namiq İsmayılov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, hərbi araşdırmaçı jurnalist Şəmistan Nəzirli, Roman Nağıyev, Ramiz Göyüşov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Əməkdar məşqçı Firdovsi Umudov, polkovnik-leytenant Kamal Axundov, Bəhruz Əliyev, Labidə Batıyeva, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Fəridə Ləman, Dürdanə Vəkilova, Rafail İncəyurd, Həsrət Pirməmmədov, Zaməddin Həmişəyev, dosent Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, Qazax-Ağstafa mahalının bütün ziyalıları adından şəhid gizir Hafiz Abdullayevin ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir və şəhidə Allahdan rəhmət diləyirlər.

P.S. Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiq hərbi xidmətdə olub. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə uzun sürən axtarışdan sonra Abdullayev Hafiz Məhəd oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ailəliydi. 2 qız və 1 oğul övladı yadigar qalıb. 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here