VALEH NƏSİBLİ, 60 yaşın mübarək

0
2331

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, filologiya elmləri doktoru Valeh Nəsiblinin doğum günüdür.

Valeh Nəsibli “Qazax” Xeyriyyə İctimai Birliyi yarandığı gündən daim Cəmiyyətin işlərində yaxından iştirak edib.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, Əməkdar mühəndis Qasım Abdullayev, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Əməkdar məşqçi Firdovsi Umudov, Kamal Axundov, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Vidadi Bayramov, Ramiz Göyüşov, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Valeh Nəsiblini 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayırlar. 

P.S. Valeh Nəsibli 1959-cu il iyun ayının 18-də Qazax rayonunun (indiki Ağstafa rayonu) Saloğlu kəndində anadan olub.
1976-cı ildə Saloğlu kənd orta məktəbini bitirib.
1981-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Həmin ildə institutun elmi şurasının qərarı ilə gənc mütəxəssis kimi institutda saxlanmışdır.
1981-ci ilin noyabr ayından 1983-cü ilin may ayına kimi Rusiya Federasiyasının Mojaysk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur.
1983-cü ilin sentyabr ayından 2018-ci ilin sentyabr ayına kimi BSU-nin “Müasir rus dili” kafedrasında baş loborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2016-cı ilin sentyabr ayından 2018-ci ilin sentyabr ayına kimi həmin kafedranın müdiri vəzifəsində işləmişdir.
Həmçinin 1997-ci ilin sentyabr ayından 2001-ci ilə qədər Mirzə Fətəli Axundov adına APRDƏİ-nun magistatura şöbəsinin müdiri olmuşdur.
1991-ci ildə “Rus dilinin söz yaradıcılı”ğından elmlər namizədliyi dissertasiyasını müdafiə etmişdir.
2015-ci ildə “Rus və Azərbaycan dillərinin söz yaradıcılığının müqayisəli tipologiyası” üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
2019-cu ilin yanvar ayından Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdindəki “Xarici Dil və Tərəfdaşlıq Mərkəzi”nin “Slavyan və Şərq dilləri” bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Müxtəlif zamanlarda paralel olaraq Dağıstan Dövlət Universitetinin Bakı filialında dekan, Milli Aviasiya Akademiyasında, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Biznes Universitetində dosent vəzifəsində çalışmışdır.
Valeh Nəsibli elmi fəaliyyəti ilə yanaşı ictimai fəaliyyəti ilə də fərqlənən ziyalıdır.
1992-ci ildən 2015-ci ilə kimi “Qazax Xeyriyyə Cəmiyyəti”nin (indiki “Qazax Xeyriyyə” İB-nin) İdarə Heyətinin üzvü olmuşdur. Həmin Cəmiyyətin mətbu orqanı olan “Dəli Kür” qəzetinin yaradıcılarından biri olan Valeh Nəsibli uzun illər qəzetin məsul katibi vəzifəsində çalışmışdır.
100-ə qədər elmi məqalənin, 1 monoqrafiyanın, Rus dilində 1 lüğət kitabının, 4 metodik vəsaitin, 100-dən artıq publisistik məqalənin müəllifidir.
Ailəlidir, 3 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here