Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Millət vəkili Kamran Nəbizadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir

0
1189

Azərbaycan Respublikasının Prezidentinın 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamı ilə Milli Məclisin deputatı,  Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Telman oğlu Nəbizadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

107 saylı Qazax seçki dairəsindən Milli Məclisin deputatı Kamran Nəbizadənin ictimiai, siyasi və iqtisadi fəaliyyətinin yüksək qiymətləndirilərək bu şərəfli medalla dəyərləndirilməsi “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərini və bütün Qazax mahalının ziyalılarını olduqca çox sevindirdi və bu təltifə görə cənab Prezidentə səmimi qəlbdən minnətdarlıq edirik.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, professor Mustafa Babanlı, Fuad Hacıyev, Vidadi Bayramov, Əməkdar mühəndis Qasım Abdullayev, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Əməkdar məşqçi Firdovsi Umudov, Fikrət Hacıyev, Kamal Axundov, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Yusif Rəhimov, Ramiz Göyüşov, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Millət vəkili Kamran Nəbizadəni Azərbaycan Respublikasının Prezidentinın sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilməsi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayırlar.

Kamran müəllim, biz sizinlə fəxr edirik!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here