Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir

0
3365

Azərbaycan Respublikasının Prezidentinın 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında şöbə müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Cahandar oğlu Göyüşov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Ramiz Göyüşovun uzun illər dövlətin icra orqanlarında qüsursuz və səmərəli ictimiai, siyasi və sosial fəaliyyətini yüksək qiymətləndirilərək bu şərəfli medalla təltif edilməsi “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərini və bütün Qazax mahalının ziyalılarını olduqca çox sevindirdi və bu təltifə görə cənab Prezidentə səmimi qəlbdən minnətdarlıq edirik.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, professor Mustafa Babanlı, Fuad Hacıyev, Vidadi Bayramov, Əməkdar mühəndis Qasım Abdullayev, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Əməkdar məşqçi Firdovsi Umudov, Fikrət Hacıyev, Kamal Axundov, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Yusif Rəhimov, Rafail İncəyurd, İbrahim İlyaslı, Zaməddin Həmişəyev, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Ramiz Göyüşovu Azərbaycan Respublikasının Prezidentinın sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilməsimünasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayırlar.

Ramiz müəllim, biz sizinlə fəxr edirik!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here