Xalq şairi Mirvarid Dilbazi Yasamal qəbiristanlığında məzarı başında anıldı

0
2148

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin Fəaliyyət Planına uyğun olaraq 13 iyul 2019-cu il tarixdə Azərbaycanın Xalq şairi Mirvarid ana Dilbazinin anım günü münasibətilə onun Yasamal qəbiristanlığındakı məzarı başında tədbir keçirilmişdir.

Anım tədbirində “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, general-mayor Mahmud Həmzəyev, professor Mahmud Allahmanlı, professor Məhəbbət Dəmirçiyeva, professor Alxan Bayramov, professor Valeh Nəsibli, dosent Sadəddin Əfəndiyev, dosent Məti Osmanoğlu, yazıçı Varis Yolçiyev, tarixçi alim Akif Aşırlı, tədqiqatçı-jurnalist Şəmistan Nəzirli, şairlər Məmməd Əfşan, Zaməddin Həmişəyev, Rafail İncəyurd, şairə Güllü Eldar-Tomarlı, dosent Rövşən Babanlı, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Kamil Dilbazi, jurnalist Səbinə Yusif, Arif Mirzəyev, Fikrət Xəlilov, Salman Poladov, Arif Əliyev, Hacıvəli Mustafayev, Söylü Vəlizadə və “Qazax” Xeyriyyə İctimai Birliyinin digər üzvləri, media və televiziya təmsilçiləri iştirak etmişdir.

Öncə tədbir iştirakçıları Xalq şairi Mirvarid Dilbazinin qəbri üzərinə “Qazax” Xeyriyyə İctimai Birliyi adından əklil və gül dəstələri qoydular. Həmçinin Xalq şairinin anası Cəvahir xanımın da məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.

Tədbiri giriş sözü ilə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov açdı. İ.Pirməmmədov qeyd etdi ki, Mirvarid Dilbazi Azərbaycan ədəbiyyatında böyük xidmətləri olan insandır. Bu xidmətləri müqabilində də o Azərbaycanın Xalq şairi adını alan ilk qadın şairdir. Mirvarid xanımla sağlığında tez-tez görüşərdik. Ədəbiyyatdan, trixdən, keçmişdən, gələcəkdən danışardıq. Olduqca maraqlı həmsöhbət idi. 1998-ci ildə o vaxtkı “Respublika” Sarayında, indiki Heydər Əliyev Sarayında Mirvarid xanımın 85 illik yubiley mərasimi dövlət səviyyəsində təntənəli şəkildə qeyd olundu. Buradakı yoldaşların bir çoxu həmin tədbirdə canlı olaraq iştirak etmişdilər. Həmin tədbirdə ulu öndər Heydər Əliyev əvvəldən axıradək iştirak etdi və sonda səhnəyə gələrək Mirvarid xanımı qucaqlayıb bağrına sıxıb ona ürək sözlərini, təbriklərini söylədi. Ulu öndər dedi ki, Mirvarid xanim, siz 70 ildir ki, xalqımıza, millətimizə, ölkəmizə, vətənimizə sədaqətlə, öz fədakar əməyinizlə, parlaq yaradıcılığınızla xidmət edirsiniz. Sizin şerləriniz, poemalarınız, bütün əsərləriniz neçə-neçə nəsillərə güc, inam verib və bu gün də verir, gələcəkdə də verəcəkdir. 

İ.Pirməmmədov qeyd etdi ki, Mirvarid xanım Dilbazi 1997-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif olunmuşdur. Bununla da müstəqil Azərbaycanın tarixində Mirvarid xanim “İstiqlal” ordeni ilə təltif olunmuş ilk qadın şairimizdir.

Bu yerdə bir şeyi də qeyd edim ki, Azərbaycan xalqının fəxrlərinin uyuduğu Fəxri Xiyabanda Qazax mahalından 16 nəfər ictimai-siyasi xadim, alim və tanınmış şəxsiyyətlər dəfn olunub. Lakin üç nəfərin vəsiyyəti ilə onlar Fəxri Xiyabanda dəfn olunmamışdırlar: Xalq şairi Osman Sarıvəlli öz vəsiyyətinə uyğun olaraq ömür-gün yoldaşı Səyalı xanımın məzarı yanında, Xalq şairi Hüseyn Arif də vəsiyyətinə uyğun olaraq dünyadan nakam köçən oğlu Arifin məzarı yanında yanında, biri də Mirvarid ana idi ki, öz vəsiyyətinə uyğun olaraq anası Cəvahir xanımın Yasamal qəbiristanlığındakı məzarı yanında dəfn olunmağı vəsiyyət etmişdilər.

İ.Pirməmmədov həmçinin qeyd etdi ki, Dilbazilər soyu Azərbaycan ictimai-siyasi, mədəni, hərbi sahəsində özünəməxsus yeri, izi olan bir soydur. Bu il həm də Mirvarid xanımın əmisi qızı Azərbaycan rəqqasəsi, baletmeyster və  milli rəqslərin mahir ifaçısı, Xalq artisti  Əminə Dilbazinin də anadan olmasının 100 illiyini qeyd edəcəyik, – deyə İ.Pirməmmədov bildirdi.

İ.Pirməmmədov sonra sözü Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərova verdi.

Akademik Nizami Cəfərov bildirdi ki M.Dilbazi olduqca zəngin kolaritləri olan bir məktəb idi. Onun yazdığı şeirlərin hər birinin öz gözəlliyi vardır. Həmçinin Mirvarid xanım dünyanın siyasi mənzərəsini, beynəlxalq durumu da şeirləri vasitəsilə oxucuya böyük ustalıqla çatdıra bilirdi. Müasir Azərbaycan şeirinin tarixində iki nəfər xanım şair – Nigar xanım Rəfibəyli və Mirvarid xanım Dilbazi üslubuna, rəngarəngliyinə, məzmumuna görə Azərbaycan kişiləri qədər böyük əsərlər yarada bilmişdi, – deyə N. Cəfərov bildirdi.

İ.Pirməmmədov sonra sözü Xalq şairi Nəriman Həsənzadəyə verdi. N.Həsənzadə qeyd etdi ki, mən Mirvarid xanımın haqqında sağlığında da, ad günlərində də, Yazıçılar Birliyindəki tədbirlərdə də çoxlu danışmışam. Onunla birgə Moskvaya plenumlarda iştirak etmişik. Amma düşünürəm ki, onun haqqında olduqca çox danışmaq lazımdır. Çünki Mirvarid xanım Azərbaycan ədəbiyyatında böyük sanbalı, izi olan şair xanımlardandır.

Daha sonra şair Zaməddin Həmişəyev, professor Məhəbbət Dəmirçiyeva, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, şair Rafail İncəyurd və digərləri şairin həyat və yaradıcılığından, şəxsi münasibətlərindən söz açaraq xatirələrini danışıblar.

Sonda şairə Güllü Eldar Tomarlı Xalq şairi Mirvarid Dilbaziyə həsr etdiyi ” Müqəddəs” şeirini oxudu.

Mirvarid ananın ruhuna rəhmət,
Söhbəti müqəddəs, sözü müqəddəs.
Ömür yolu gül bağına bənzəyir,
Baharı müqəddəs, yazı müqəddəs.

Axtarmışam soraq-soraq gəlmişəm,
Oxumuşam varaq-varaq gəlmişəm.
Ünvanına əldə çıraq gəlmişəm.
Cığırı müqəddəs, izü müqəddəs.

Aşıkardl nə gizlindi, nə sirdi,
Güllü onun qüdətinə əsirdi.
El havalı, elə bağlı şairdi,
Söhbəti müqəddəs, sözü müqəddəs.

Allah rəhmət etsin!

qazaxib.az

Zaməddin Həmişəyevə verdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here