Mahnı Teatrında tanınmış şair Akif Səmədin 60 illik yubileyi keçirilib

0
1798

İyulun 21-də Azərbaycan Yazıçılar Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyi, Uluslararası Aktivist Sanatçılar Birliyi, “Sedet ART” Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair Akif Səmədin 60 illik yubileyi keçirilib.

Tədbirdə millət vəkilləri, “Qazax” Xeyriyyə İctimai Birliyinin və Uluslararası Aktivist Sanatçılar Birliyinin üzvləri, ictimaiyyət və QHT nümayəndələri, Akif Səmədin ailə üzvləri və akifsevərlər iştirak edirdi.

Xatırladaq ki, 2004-cü ildə 45 yaşında dünyasını dəyişən Akif Səməd daha çox xalq şeiri üslubunda yazıb yaradan, sağlığında ustadlaşan sənətkarlardan idi. Həm də mətbuatda publisistik yazılarla çıxış edirdi.

Tədbirin aparıcısı Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov idi.

Tədbir şair Akif Səmədə həsr olunmuş “Ölüm nəmənədir” filminin təqdimatı ilə başladı.

Tədbirdə iştirak edən “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov,

Millət vəkili Aqil Abbas,

Uluslararası Aktivist Sanatçılar Birliyinin başkanı Ümit Yaşar İşıkhan,

Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi şair Dayandur Sevgin,

Əməkdar artist Ağalar Bayramov,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal,

Azərbaycan Radiosunun diktoru Eldost Bayram,

Uluslararası Aktivist Sanatçılar Birliyinin Amerika təmsilçisi yazıçı Tılay Pırlant,

şair Ramiz Qusarçaylı,

şair Musa Ələkbərli,

professor Xəqani Qayıblı,

Akif Səmədin tədqiqatçısı İradə Aytel,

qirayət ustası Esmira Günəş,

Akif Səmədin oğlu şair Ulucay Akif,

jurnalist Avdı Qoşqar, şairə Cığatel İsaqızı,

qırğız şairi Nursulu Qurqubay, rəssam Nəvai Mətin

Akif Səmədin həyat və yaradıcılığından, ədəbiyyata baxışından, ədəbiyyata gətirdiyi özünəməxsus yeniliklərdən danışdılar. Həmçinin qeyd olundu ki, bu il Aberon rayonu ərazisindəki geniş və yaraşıqlı küçələrdən birinə Akif Səmədin adı verilmişdir.

Həmçinin tədbirdə tanınmış aşıqlardan Aşıq İlham Aslanbəyli, Aşıq Şaiq İncəli, Aşıq Roman Azaflı, Aşıq Ruhiyyə Qarabağlı, Açıq Cahangir Gədəbəyli, Aşıq Şəhriyar Qaraxanlı, Aşıq Elməddin, Aşıq İsmayıl İncəli, Aşıq Təbriz Gədəbəyli şair Akif Səmədin sözlərinə həsr olunmuş, zövq oxşayan saz ifaları təqdim etdilər.

Sonra “Akif Səməd Mükafatı”nın təqdimatı oldu. Uluslararası Aktivist Sanatçılar Birliyinin başkanı Ümit Yaşar İşıkhan, “OKA” nəşriyyatının direktoru Fərman Qaramanlı, ARB kanalında yayımlanan “Ölüm nəmənədir” filminin müəllifi İqbal Məmmədəliyev, Masazır Bələdiyyəsinin başqanı Siyanfər Əliyev “Akif Səməd Müfafatı” ilə təltif olundular.

Tədbirin sonunda Akif Səmədin bacısı Rəfiqə xanım tədbiri ərsəyə gətirən təşkilatçılara 4 saatdan çox dözüb sonadək Akif Səməd işığında toplaşan insanlara Akif Səmədin ailəsi adından dərin minnətdarlıq və təşəkkürlərini bildirdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here