Bu günlərdə Qazax Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri, 25 il Cəmiyyətin sədri olmuş, “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin fəxri üzvü, “Qazax Xeyriyyə” İctimai Birliyi Ağsaqqallar Şurasının üzvü Vidadi Mehrəli oğlu Bayramovun doğum günüdür. 80 illik yubiley yaşını qarşılayan Vidadi Bayramov müstəqil Respublikamızın iqtisadiyyatının inkışafında xidmətləri olan, Qazax mahalında böyük nüfuz sahibi olan şəxsiyyətlərdən biridir. Vidadi müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən, ölkəsinə, dövlətinə, prezidentinə sadiq əsl vətənpərvər insandır.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Xalq artisti Tarıyel Qasımov, millət vəkili akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, millət vəkili Kamran Nəbizadə, millət vəkili Ülviyyə Ağayeva, Əməkdar mühəndis Qasım Abdullayev, Məmməd Musayev, professor Mustafa Babanlı, professor Əhməd Vəliyev, Fuad Hacıyev, general-mayor Mahmud Həmzəyev, polkovnik Namiq İsmayılov, Fikrət Hacıyev, Roman Nağıyev, Ramiz Göyüşov, Əməkdar məşqçı Firdovsi Umudov, Bəhruz Əliyev, Kamal Axundov, Labidə Batıyeva, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Sultanxanım Nəsibova, professor Salatın Əhmədli, Fəridə Ləman, Dürdanə Vəkilova, Səbinə Yusif, Rafail İncəyurd, Həsrət Pirməmmədov, Zaməddin Həmişəyev, Çiçək Mahmudqızı, Cığatel İsaqızı, Yusif Alıyev, Səbinə Yusif İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Vidadi Bayramovu doğum günü və münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.
Vidadi müəllim, biz sizinlə fəxr edirik!
Qeyd edək ki, “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə yaxın günlərdə Vidadi Bayramovun 80 illik yubileyinə həsr olunmuş geniş yubiley tədbiri təşkil olunacaq.
P.S. Vidadi Mehrəli oğlu Bayramov 29 dekabr 1939-cu ildə Qazax rayonunun I Şıxlı kəndində anadan olub. 1957-ci ildə I Şıxlı kənd orta məktəbini bitirib və Ağdam Kənd Təsərrüfatı Texnikomuna daxil olub. Oranı fərqlənmə diplomu ilə bitirən Vidadi Bayramov daha sonra hərbi xidmətdə olub.1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma sənayesi” fakültəsinə daxil olaraq, mühəndis ixtisasına yiyələnib. 1969-cu ildə Azərbaycan Respublikası Təchizat Baş İdarəsində əmək fəaliyyətinə başlayıb. Həmin idarədə kiçik mühəndislikdən idarənin “Azərmaş” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə qədər yüksəlib. Bacarıqlı kadr kimi rəhbərliyin rəğbətini qazanan Vidadi Bayramov 1983-cü ildə Respublika Əhaliyə Məişət xidməti nazirinin müavini vəzifəsinə təyin olunub. 1988-ci ilədək bu vəzifədə işləmiş və 1988-ci ildə yenidən Təchizat Komitəsinin “Azərmaş” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. Sonralar ayrı-ayrı vəzifələrdə işləyən Vidadi müəllim öz bilik və bacarığını müstəqil respublikamızın iqtisadiyyatının inkişafına sərf etmişdir.1992-ci ildə Qazax Xeyriyyə Cəmiyyətinin sədri kimi fəal ictimai işlə məşğul olmağa başlayıb. O, doğma Qazax mahalında keçirilən bütün tədbirlərdə iştirak edib, öz maddi və mənəvi köməkliyini insanlardan əsirgəməyib. Qazax mahalının çətin günlərində tanınmış ziyalılarla birlikdə daim səngərlərdə olur, əsgərlərin və əhalini ruh yüksəkliyi ilə düşmən qarşısında dayanmağa səsləyirdi. Onun bu xidmətləri bu gün də qədirbilən el-obamız tərəfindən əbədi olaraq yaddaşlarda yaşayırYazıçı Vidadi Babanlının dediyi kimi: “igid darda tanınar, deyib ulu dədələr. Bu deyimdə böyük həqiqət var. Ötən əsrin 90-cı illərinin əvvəlləri hər bir, vətəndaş üçün həqiqi silah dövrü idi.Kimisi maddi və mənəvi köməkliklərlə vicdanlıq borcunu layiqincə yerinə yetirdi. O cümlədən el-oba təəssübkeşliyi yaddaşlara hopanlardan biri də Vidadi Bayramovdur. Mənim adaşım Qazax mahalının son dərəcə ağır düşmən hədəfinə açıq-aşkar tuş gələn vaxtlarında, özünün kimliyini yaxşı cəhətlərlə sübuta yetirdi”.