«Qazax Xeyriyyə» İctimai Birliyinin 2019-cu il üzrə hesabatı keçirilmişdir

0
1811

«Qazax Xeyriyyə» İctimai Birliyinin 2019-cu il üzrə illik hesabatı

Əziz tədbir iştirakçıları, dəyərli qonaqlar!

Hər birinizi qarşıladığınız yeni il – 2020-ci il münasibətilə ürəkdən təbrik edirəm.

2019-cu il həyatımızda bu və ya digər xatirələrlə yadda qalmışdır.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu il həm də “Qazax” Xeyriyyə İB-nin yubiley ilidir. 30 il öncə rəhmətlik Aslan Kəmərli ilk olaraq “Kəmərli” cəmiyyətini yaratdı və çox qısa zamanda həmin cəmiyyətə xeyli sayda qazaxlılar toplaşdı. Ona görə də “Kəmərli” Cəmiyyətinin adı dəyişdirilərək 24 yanvar 1990-cı ildən “Qazax” Xeyriyyə Cəmiyyəti adlandırıldı. İndi isə həmin cəmiyyət “Qazax” Xeyriyyə İB adı ilə fəaliyyət göstərir. Hazırda İctimai Birliyimizin sıralarında Qazax  Mahalı ilə yanaşı ölkəmizin digər rayonlarından da xeyli sayda üzvlərimiz var.

Eynii zamanda bu gün hər birimizin əzizi, Qazax mahalının dəyərli və sevimli insanı, “Qazax” Xeyriyyə Cəmiyyətinin qurucularından və 25 il Cəmiyyətə uğurla sədrlik etmiş Vidadi Bayramovun 80 illik yubileyidir. İdarə Heyətinin qərarı ilə ona İctimai Birliyin ali mükafatı olan Səməd Vurğun Mükafatı təqdim edəcəyik. Hamımıza məlumdur ki, Vidadi müəllim şüurlu həyatının bütün dövrünü vətəni Azərbaycana, doğma mahalı Qazağa, el-obasına həsr etmişdir. Vidadi müəllim hər birimizin yaddaşında 90-cı illərin çətin günlərinin qəhrəmanı kimi yadda qalmışdır. Qazağın şətin günlərdə xalq yazıçıları İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Aslan Kəmərli və digər şərəfli insanlarla birgə camaatın arasında, səngərdə, sərhəddə olaraq əhalini düşmən qarşısında məğrur dayanmağa həvəsləndirirdilər. Onun köməkliyi ilə bir çox işlər görülmüşdür ki, bu gün burada oturan insanlar bütün bunlar haqqında bilirlər.

Tədbirdə iştirak edən insanlara baxaraq ürəyimdən keçən bir hissi Sizinlə bölüşmək istəyirəm: Nə yaxşı ki, Sizlər kimi qeyrətli, vətənpərvər, şərəfli insanlarla bir yerdəyik. Məlumdur ki, Qazax Xeyriyyə Cəmiyyəti Azərbaycanın ən çətin dövrlərində – 1990-cı ildə yaradılmışdır. O vaxt bu Cəmiyyətin fəaliyyətində çoxlu sayda vətənpərvər oğul və qızlarımız fəaliyyət göstərmişdirlər. Bu birliyin sayəsində Qazax və Ağstafanın işğal edilməsinin qarşısı alınmış və Qazaxdan bir nəfər də olsun başqa rayona gedən məcburi köçkünümüz olmamışdır. Yenə qeyd edirəm, bu gün burada bizimlə bir yerdə həmin vaxtlarda baş verən hadisələrin canlı şahidi olmuş insanlar iştirak edir. Mən ad çəkmədən Cəmiyyətin fəaliyyətində zərrə qədər də olsa əməyi olan hər kəsə “Qazax” Xeyriyyə İctimai Birliyi adından təşəkkürümü bildirirəm.

Hörmətli dostlar, əziz qonaqlar!

Həmçinin biz bu gün sizlərlə bir yerdə “Qazax” Xeyriyyə İctimai Birliyinin 2019-cu il üzrə hesabatını da verəcəyik.

Dəvətimizi qəbul edib bu gün bizlərlə bir yerdə olduğunuza görə hər birinizə dərin təşəkkür və minnətdarlığımı bildiriəm. Xüsusi olaraq mən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovu, Milli Məclisin deputatı, professor Səməd Seyidovu, Xalq şairi, professor Nəriman Həsənzadəni, akademik Teymur Bünyadovu, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin direktoru, Millət vəkili kamran Nəbizadəni, bütün qonaqlarımızı, xanımlarımızı, gənclərimizi salamlayıram.

Yola saldığımız 2019-cu il Azərbaycan Respublikasında böyük uğurlarla yadda qalan il oldu. Keçən ildə də ölkəmizin regional və beynəlxalq mövqeyi möhkəmlənmiş, statusu yüksəlmişdir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsində vətəndaşın rifah halının yaxşılaşması, ölkənin valyuta ehtiyatlarının artması, bunun da nəticəsində insan kapitalının inkişafı etdirilməsi yönündə böyük işlər görülmüşdür. Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz artıb. Sosial müavinətlər orta hesabla 2 dəfə artıb.

Ölkəmiz bir neçə mötəbər beynəlxalq təşkilatın iştirak etdiyi tədbirlərə ev sahibliyi edərək Azərbaycanın adını tarixin böyük səhifələrinə həkk etdirmişdir.

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev Ermənistanın baş nazirinə ünvanlı dünyaya bəyan edərək “Qarabağ Azərbaycanındır, nida işarəsi” deməsi ilə Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı sərt mövqeyini sərgilədi.

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev Erməstan hökumətinin İrəvanın mərkəzində faşist Nejdeyə qoyduqları heykələ münasibət bildirərək Ermənistanın faşist düşüncəsini dünyaya bəyan etmişdir.

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilir. Tədbirdə cənab Prezidentin proqram çıxışı ilə Azərbaycan təhsilinin, sosial-iqtisadi istiqamətlərin prioritet xətləri ortaya qoyulmuşdur.

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP – Trans-Anadolu qaz boru kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində prezidentimiz dünyaya sübut etdi ki, Azərbaycan heç bir xarici maliyyə olmadan belə milli maraqları naminə nəhəng infrastruktur layihələrini həyata keçirə bilir.

Bəli, təməli çağdaş Azərbaycan dövlətinin lideri ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmiz günü-gündən hər sahədə uğurlar əldə edərək böyük gələcəyə doğru gedir.

Bu irəliləyişi, inkişafı biz öz fəaliyyətimizdə də, işimizdə də görürük. Təbii ki, əldə olunan bu möhtəşəm uğurların təməlində sabitlik, iqtisadi rəqabətlilik qabiliyyəti güclü olan ölkə iqtisadiyyatı, güclü ordu, müstəqil və uğurlu xarici siyasət dayanır. Bu sabitliyi bizə bəxş etmiş Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə Allahdan rəhmətlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya can sağlığı və uzun ömür arzu edirəm.

Əvvala onu qeyd edim ki, hamımıza məlumdur ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə genişşaxəli islahatlar aparılan Azərbaycan Respublikasında 9 fevral 2020-ci il tarixdə növbədənknar Parlament seçkiləri baş tutacaq. Seçkilərdə 107-saylı Qazax seçki Dairəsindən namizədliyi irəli sürülmüş professor Səməd Seyidova, 108 saylı Ağstafa seçki dairəsindən akademik Nizami Cəfərova uğurlar arzu edirik.

Dəyərli tədbir iştirakçıları, bir il öncə – 16 yanvar 2019-cu ildə bu zalda bir çoxlarınızın iştirakı ilə “Qazax” Xeyriyyə İctimai Birliyinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli hesabat tədbiri keçirilmişdir. Həmin tədbirdə bizimlə bir yerdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat məruzəsi ilə çıxış edərək Qazaxda görülən işlərlə bağlı hamımızı ətraflı məlumatlandırmışdır. Bu il də bizimlə bir arada olduğuna görə mən hər biriniz adından Rəcəb müəllimə təşəkkürümü bildirirəm.

İndi isə 2019-cu il ərzində həyata keçirilən çoxsaylə tədbirlərimizin ən əsasları və əhəmiyyətliləri haqqında sizə hesabat vermək istərdim.

Hamımıza məlumdur ki, Cümhuriyyətimizin 100 illiyi münasibətilə cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkədə “Cümhuriyyət ili” elan olundu. Bu münasibətlə bir çox nazirlik və güc orqanlarının 100 illik yubiley tədbirləri qeyd olundu, iki möhtəşəm hərbi parad keçirildi. Amma biz baxdıq ki, Cümhuriyyətimizlə eyni yaşda olan, Zaqafqaziya Müəllimlər Seminariyasının varisi olan Qazax Müəllimlər Seminariyasının 100 illik yubiley yaşı əlamətdar hadisə kimi qeyd edilmir. Ona görə də təcili Seminariyanın araşdırıcılarını, təhsil tədqiqatçılarını bir araya toplayıb cənab Prezidentə rəsmi sənədlər əsasında mükəmməl bir məktub hazırladıq və həmin məktuba ehtiram əlaməti olaraq “Şərəf” və “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Teymur Bünyadov və Xalq şairi, Heydər Əliyev ordeni laureatı, professor Nəriman Həsənzadə imza ataraq göndərdik.

Prezidentin reaksiyası özünü çox gözlətmədi. 3 noyabr 2018-ci il tarixdə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladı. Buna uyğun olaraq aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamın icrası ilə əlaqadar olaraq “Qazax” Xeyriyyə İctimai Birliyinin, Qazax rayon icra Hakimiyyətinin, Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli təhsilimizin bünövrəsi: Qazax Müəllimlər Seminariyası” mövzusunda elmi-praktik konfrans və həmçinin tanınmış araşdırmaçı, publisist və nasir, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” kitabının təqdimatı keçirilib.

Tədbirdə, həmçinin Qazax Müəllimlər Seminariyasının mükəmməl araşdırıcısı, tanınmış pedaqoq, pedaqoji elmlər doktoru professor, Rusiya Elmlər Akademiyasının xarici üzvü Hüseyn Əhmədov da iştirak etmişdir.

Hər birinizə məlumdur ki, 2019-cu ildə Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 yanvar 2019-cu ildə sərəncam imzalamışdır.

Fevralın 1-də “Qazax” Xeyriyyə İctimai Birliyinin Mərkəzi Ofisində, “Azərbaycan Bayrağı” ordeni laureatı, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun sabiq komandiri, general-mayor Mahmud Həmid oğlu Həmzəyevin 70 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirilmişdir. General Mahmud Həmzəyevin Azərbaycan dövləti qarşısındakı böyük işlərini nəzərə alaraq və anadan olmasının 70 illiyi münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə onu “General Əli ağa Şıxlinski Diplomu” ilə təltif edilmişdir.

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının fəxri adları verilmişdir. Həmin Sərəncama əsasən “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Qaybalıyeva Fəridə Kamil qızı (Fəridə Ləman) “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Martın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi, Aşıqlar Birliyi və “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, ustad aşıq Ədalət Nəsibovun 80 illiyinə həsr olunan “Sazın Ədaləti” adlı yubiley gecəsi keçirilib.

Martın 16-da Səməd Vurğunun Ev Muzeyində tanınmış alim, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Qazax” Xeyriyyə İctimai Birliyinin layihəsi əsasında və maliyyə dəstəyi ilə nəşr edilmiş “Ocaq yeri” kitabının təqdimatı keçirildi.

Martın 21-də “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin tədbirlər planına uyğun olaraq Novruz bayramı və Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının ildönümü münasibətilə Fəxri Xiyabanda tədbir keçirilmişdir. Həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri və qonaqlar Xalq yazıçısı Mehdi Hüseynin, Xalq yazıçısı İsmayıl Şıxlının, Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsa Muğannanın da məzarını ziyarət edərək onların məzarları üzərinə “Qazax” Xeyriyyə İctimai Birliyi adından əklil və gül-çiçək dəstələri qoyuldu. Böyük ustadların ruhlarına ehtiram və hörmətlərini bildirdilər.

Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu, Qazağın Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlu şəhid olmuşdur. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri şəhidin dəfn və yas mərasimlərində iştirak etmişdir.

Martın 28-də Azərbaycanın xalq şairi Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi ata yurdu olan Qazax rayonuna gətirilərək böyük el coşqusu ilə dəfn olunub. Həmin tədbirdə “Qazax” Xeyriyyə İctimai Birliyinin çoxsaylı üzvləri də iştirak etmişdir.

Martın 30-da Azərbaycan Dövlət Tamaşaçılar Teatrında Xalq artisti Tariyel Qasımovun 80 illik yubiley gecəsi keçirildi.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin adından çıxış edərək Xalq artisti Tarıyel Qasımovu İctimai Birliyin bütün üzvləri adından salmayaraq İctimai Birliyinin adından rəssam Qafar Sarıvəllinin Xalq artistinin kətan üzərində işlənmiş əzəmətli portreti hədiyyə etdik.

Aprelin 12-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, qar uçqununa düşmüş gizir Abdullayev Hafiz Məhəd oğlu “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərinin də iştirakı ilə böyük coşğu ilə doğulduğu kənddə dəfn olunub.

Mayın 11-də Atatürk Mərkəzində “Qazax” Xeyriyyə İctimai Birliyi, Qazax rayon İcra Hakimiyyəti və Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimində “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü şair İbrahim İlyaslı təltif olunub. Həmçinin İbrahim İlyaslı Prezident cənab İlham Əliyevin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilib.

Mayın 20-də Ağdam rayonunda düşmən snayperi ilə ayağından yaralanan ordumuzun zabiti Fərhad Eyyubovu Hərbi qospitalda ziyarət etdik. Onu da qeyd edim ki, Fərhadı bizim hamımızın əzizi iş adamı Elçin Carçıyev şirkətində işlə təmin edib. “Qazax” Xeyriyyə İctimai Birliyi olaraq onun ailə üzvlərinin təhsillə bağlı olan bəzi problemlərini həll etmişik.

Mayın 22-də Bakı Musiqi Akademiyasının böyük zalında “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Vurğun Vəkilovun solo konsertdə Bax, Şopen, Bethoven, Şumandan müxtəlif müsuqi nümunələrini ifa etmişdir.

Mayın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilib.

İyun ayının 1-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Ramiz Göyüşovun “Bizdə şeir də var, sənət də vardır” adlı kitabının Atatürk Mərkəzində təqdimatı olub.

İyunun 2-də Moskvada – Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə “Puşkin medalı” ilə təltif edilmiş yazarlara medallar təltif olunmuşdur. Qeyd edək ki, 2018-ci ildə ona Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında qızıl laureatlıq qazanaraq 3-cü LiFFt festivallar festivalının Azərbaycanda keçirlməsinə nail olunmuşdur.

İyulun 5-də “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü, şair, naşir, redaktor Rafail Ağakişi oğlu İsmayılovun (Rafail İncəyurd) 65 illik yubileyi qeyd olunmuşdur.

İyulun 13-də “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin Fəaliyyət Planına uyğun olaraq Azərbaycanın Xalq şairi Mirvarid ana Dilbazinin anım günü münasibətilə onun Yasamal qəbiristanlığındakı məzarı başında tədbir keçirilmişdir.

İyulun 17-də Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzində (Mərkəzi Zabitlər Evi) aprel döyüşlərində böyük rəşadətlər göstərərək şəhidlik zirvəsinə ucalmış Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat tabor komandiri, kapitan Mühüd Orucovun anım mərasimi və tanınmış şair, publisist Fəridə Ləmanın şəhidə həsr olunan “Mühüdüm- şəhidim” adlı kitabının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, kitab “Qazax” Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə çap olunmuşdur.

İyulun 21-də Azərbaycan Yazıçılar Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyi, Uluslararası Aktivist Sanatçılar Birliyi, “Sedet ART” Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair Akif Səmədin 60 illik yubileyi keçirilib.

İyulun 24-də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəxri üzvü, ustad yazıçı, şair Vidadi Babanlını evində ziyarət etmişdilər.

Avqustun 1-də Qazax Rayon İcra Hakimiyyətinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun 80 illik yubileyi qeyd olunub.

Avqustun 18-də Azərbaycan xalqının böyük oğlu “Artilleriyanın Allahı” general-leytenant Əli ağa Şıxlinskinin anım günü ilə əlaqədar onun Yasamal qəbiristanlığındakı məzarı başında tədbir keçirilmişdir.

Avqustun 27-də “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə heyətinin üzvü Yusif Alıyev Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru təyin olunub.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü akademik Nizami Qulu oğlu Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sentyabrın 4-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Rövşən Raqif oğlu Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalamışdır.

5 Oktyabr 2019-cu ildə “Qazax” Xeyriyyə İB-nin təşkilatçılığı ilə Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Şöhrət” ordeni laeuratı Nizami Cəfərovun 60 illik yubileyi keçirilmişdir.

Noyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, professor Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə, həmçinin musiqişünas-alimin “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” adlı kitabı da təqdim olunub. Tədbirdə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri adından professor Rüstəm Kamal geniş çıxış etmişdir.

Noyabrın 11-də Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının, “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazax rayonunda Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, jurnalist Məmməd Əfşanın 80 illik yubileyi keçirilib keçirilib.

Noyabrın 20-də Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş “Alı zirvəsi” filminin təqdimatı keçirilib.

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gündüz Kərimovu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinə müdir təyin edib.

Tanınmış hərbi şairə Zəminə Xınalının “Şanlı Aprel şəhidləri” kitabının çap olunmasına maddi dəstək olmuşuq.

Yanvarın 2-də müharibə veteranı, şəhid oğlu, “Dəli Kür” qəzetinin uzun illər Qazaxda bölgə müxbiri işləmiş İlyas Süleymanlı onkoloji xəstədir. İlyas Süleymanlı yanvar ayının 16-da Bakıya gəldi. “Qazax” Xeyriyyə İB yenidən İlyas Süleymanlının müalicəsi ilə yaxından maraqlanndı onun müalicəsinə maddi köməklik etdi.

Yanvar ayının 15-də “Nizami” Kino Mərkəzində Kəmalə Musazədinin (ssenari müəllifi və rejissoru) şəhid qızımız Qaratel Hacımahmudovanın xatirəsinə həsr etdiyi “Qaratel” filminin təqdimatı oldu. Təqdimatda “Qazax” Xeyriyyə İB-nin xeyli sayda üzvləri iştirak etdilər. İB adından çıxış edərək, filmin araya-ərsəyə gəlməsi üçün Kəmalə xanıma minnətdarlıqlarını bildirdilər.

Bunlardan əlavə bəzi məqamları da qeyd etmək istəyirəm

“CARÇIOGLU GROUP” MMC-nin prezidenti Elçin Çarçıyev Qarabağ qaziləri Kamil Musavini və Fərhad Əyyubovu müşavir təyin etdi.

Sentyabr ayında Kamil Musavi səhhətində yaranan problemlə əlaqədar birinci vitse-ptrezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən “BONA DEA” xəstəxanasında əməliyyat olundu. “Qazax” Xeyriyyə İB-nin üzvləri ilə birlikdə Kamili xəstəxanada ziyarət etdik.

Fəridə Ləmanın Aprel şəhidləri Elvin Namazova və Orxan Əliyevə həsr etdiyi kitabların maliyyə xərclərini Birliyin üzvü Firdovsi Umudov üzərinə götürmüşdü.

Tanınmış hərbi şairə Zəminə Xınalının Aprel  şəhidlərindən bəhs edən “Şanlı Aprel döyüşləri” kitabını İB-in üzvü Fərman Qəhrəmanov öz üzərinə götürdü.

Qazax rayonu Aşağı Əskipara kənd sakini, məcburi köçkün Tural Qəhrəmanovun əlil arabasında yaranan problemlə bağlı İB tərəfindən maddi Tural Qəhrəmanova kömək olundu.

Şəhid Tahir Xasməmmədovun qardaşı fiziki əngəlli Firuz Xasməmmədova Birliyin sədr müavini Arzuman Abdulkərimov tərəfindən alınan əlil arabası əlil arabasının təmir xərcini İB-in üzvü Elçin Carçıyev öz üzərinə götürmüşdü.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlqədar Safura Allahverdiyeva, Məqsəd Qocamanlı, Adil Xasayev, Alxan Bayramoğlu, Arif Rüstəmov, Məmməd Yusifov müxtəlif təltiflərlə əməkləri qiymətləndirilərək təltif olunublar.

Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Qazaxdan olan Qarabağ Qazisi Qurban Qurbanovun “Xalq Bank”a olan borcu Heydər Əliyev Fondu tərəfindən ödənilmişdir. Eləcə də Qurban Qurbanovun ehtiyatda olan oğlu Fərid Qurbanov  “Heydər Əliyev” fondu tərəfindən müalicə olunur.

Bu gün Qarabağ Qazisi Natiq Mehdiyev də burdadır. Biz Natiqi də salamlayırıq.

Həmçinin Mingəçevirdən olan şəhid Şaban Cəfərovun ailəsinin də Xalq Banka olan borcu birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə ödənilmişdir. Şəhidin qızı Nərminə Cəfərova bu gün hesabat yığıncağında bizimlə birgə iştirak edir.

Müharibə veteranı İlyas Süleymanlının səhhətində yaranan problemi ilk dəfə İB-in üzvü, dəyərli eloğlumuz Kamal Axundov bilir. Kamal Axundov İlyas Süleymanlının dializ xərclərini və eləcə də digər müayinə-müalicə xərclərini öz üzərinə götürür. Bir neçə gün öncə İlyas Süleymanlının atası Şəhid Cavad Süleymanlının həyətində lazım olan tikinti işlərinin aparılmasında öz maddi dəstəyini əsirgəmir. 80 metr ərazidə hündür daş hasar çəkdirir. Bundan əlavə Kamal Axundov sərhəd kəndi olan Kəmərlidə 2 kilometr yola daş hasar çəkdirir. Eyni zamanda Kəmərli məktəbinin dörd yanına daş hasar çəkdirib. Kamal Axundov bir idmançı olaraq həmin məktəbin idman şəraitinin yaxşılaşdırılması məqsədilə mini stadion (qapalı şəraitdə) tikdirir. Yaxın vaxtlarda həmin stadion məktəblilərin istifadəsinə veriləcək.

Avropa çempionu, sinqapur olimpiya çempionu,  Peruda dünya ikincisi, Huyuston dünya çempionu, 2016-cı ildə Rio-de janeroda Olimpiya çempionu, dünya rekortçusu həmyerlimiz Nicat Rəhimovun atası Əli Rəhimov bizimlə birlikdə bu günkü tədbirimizdə iştirak edir.

Həmçinin xüsusi olaraq qeyd etmək istəyirəm ki, bugünkü tədbirimizdə İctimai Birliyin İdarə Heyətinin qərarı ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevin 65 yaşı, Qazax mahalının dəyərlli oğlu, tanınmış şair, gözəl insan Məmməd İlqarın 70 yaşı tamam olması münasibətilə Səməd Vurğun adına diplomla təltif olunmuşdur. İndi isə icazənizlə həm o diplomları və il ərzində İctimai birliyin fəaliyyətində fərqlənən digər insanları təltif edək.

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə heyətinin sədri professor İlham Pirməmmədovun hesabat məruzəsindən sonra hesabata münasibət bildirmək üçün və Qazax rayonunda həyata keçirilən illik işlər haqqında fikirlərini bildirmək üçün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb babaşova söz verildi. Rəcəb Babaşov “Qazax” Xeyriyyə İctimai Birliyinin illik hesabatını yüksək qiymətləndirərərk, İctimai Birliklə rayon İcra Hakimiyyəti arasında sıx bir əlaqənin, isti münasibətin olduğunu önə çəkdi. Qeyd etdi ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin bəzi tədbirləri Qazax rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış formada həyata kşçirilir. R.Babaşov son 1 il ərzində Qazax rayonunun yol ifrastrukturunun yeniləndiyini, məktəb tikintisinin genişləndiyini, kənd təsərrüfatında artımın qeydə alındığını qeyd edərək, bunun da ölkə Prezidenti cənab ilham Əliyevin bütün rayonlarımıza göstərdiyi diqqət və qayğı kimi Qazax rayonuna göstərdiyi xüsusi diqqətin nəticəsində əldə olunduğunu qeyd etdi.

Sonda “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə “Fəxri Diplom”la təltif olunmuş general-mayor Namiq Poladov, polkovnik Namiq ismayılov, İctimai Birliyinin İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Rövşən Babanlı, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, iş adamları Fikrət Hacıyev, Elçin Çarçıyev, Bəhruz Lalayev, polkovnik-leytenant Kamal Axundov, həkim Yusif Rəhimov, Bakı Dövlət Universitetinin əməkdaşları Safura Allahverdiyeva, Məqsəd Qocamanlı, Adil Xasayev, Alxan Bayramoğlu, Arif Rüstəmov, Məmməd Yusifov müxtəlif təltiflərlə əməkləri qiymətləndirilərək təltif olunublar. İB-nin Məsul katibi Yusif Alıyev, tanınmış şair Məmməd Əfşan, BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov, şairə Fəridə Ləman, Aşıq Camoy Qurbanov, Aşıq Pakizə Musaköylü, idmançılardan Əfqan Xaşalov, Mahir Əmiraslanov, Nicat Rəhimov, tanınmış müğənni Sahib İbrahimov, Eldar Ələkbərov təltif edildilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here