Əziz qazaxlılar və ağstafalılar,
hörmətli İctimai Birlik üzvləri!
Bildiririk ki, koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmaq üçün Prezident İlham Əliyevin çağırışından sonra biz də “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin adından həssas təbəqədən olan ailələrə köməklik göstərilməsi üçün Qazax və Ağstafa rayonlarından olan ziyalılara, iş adamlarına və imkanlı şəxslərə müraciət ünvanladıq.
Müraciətimizdən sonra cənab Prezidentin məlum – “Biz birlikdə güclüyük!” çağırışına qoşulmaq istəyən çoxlu sayda iş adamları, imkanlı şəxslər, ziyalılar Qazax və Ağstafa rayonlarında həssas təbəqədən olan ailələrə yardımlar etmək istədiklərini bildirdilər. Qeyd edim ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Lalə xanım Eyyubovanın tapşırıqları əsasında şəhər, qəsəbə və kəndlərin icra nümayəndələri və bələdiyyə rəhbərləri tərəfindən həssas təbəqədən olan aztəminatlı ailələrin siyahıları hazırlanmışdır. “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı və rayon icra hakimiyyətinin nümayəndələrinin, könüllülərin və Birliyinin üzvlərinin iştirakı ilə yardımlar həmin siyahılar əsasında ünvanlara çatdlırılmışdır.
Qazax və Ağstafa rayonlarında aztəminatlı ailələrə edilən yardımlar barədə məlumatı ayrı-ayrı cədvəllər əsasında sizə təqdim edirəm.
Qazax rayonu üzrə.
S/S | Yardım etmiş şəxslərin və təşkilatların adı | Yardım verilən kəndlər və sosial kateqoriyalar üzrə | Yardım verilən ailənin ümumi sayı |
1 | Qazax Rayon İcra Hakimiyyəti | Sərhəd kəndləri – 483 | 2388 |
2 | "Qazax" Xeyriyyə İctimai Birliyi | Daş Salahlı – 110 | 1167 |
3 | Milli Məclisin Deputatı Səməd Seyidov | Orta Salahlı - 98, Barxudarlı - 42, Sofulu - 20 | 160 |
4 | Milli Məclisin deputatı Ülviyyə xanım Ağayeva | Çaylı və Qarapapaq kəndləri - 13, Ağköynək - 30, Qarapapaq - 11 | 54 |
5 | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası | Məcburi köçkün ailələri | 114* |
6 | "Carçıoğlu GROUP" MMC-nin rəhbəri Elçin Carçıyev | Qazax şəhəri - 100 Şəhid ailələri - 286 | 386* |
7 | Heydər Əliyev Fondu adından | Qazax rayonu üzrə aztəminalı ailələr | 1092 |
8 | Azərbaycan Sənaye Korporasiyasının sədri Kamran Nəbizadə | Məcburi köçkün ailələri | 604 |
9 | “Saloğlu” fərdi firması | 130 məcburi köçkün, müraciət edən 70 nəfər | 200 |
10 | Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov | Gözdən Əlillər - 69, Yuxarı əskipara - 32, Qazax şəhəri - 40 | 141* |
11 | Regional İnkişaf İctimai birliyi | Aztəminatlı ailələr | 404 |
12 | Ədliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Qazax rayonu üzrə aztəminalı ailələr | 365 |
13 | Dövlət Sərhəd xidməti | Kəmərli | 190 |
14 | "PAŞA Holding" MMC | Məcbur köçkünlər üçün salınmış qəsəbə | 300 |
15 | Qırmızı Körpü Sərhəd Keçid Məntəqəsi | Aztəminatlı ailələr | 60 |
16 | "Aqro-West" şirkətinin rəhbəri Şərifov Anar | Kəmərli kəndi - 43, Aslanbəyli - 57 | 100 |
17 | Abulife mağaza | Aşağı Əskipara, Bağanıs Ayrım, Qazax şəhəri - 50 | 50 |
18 | Arzuman Abdulkərimov | Aşağı Əskipara, Bağanıs Ayrım – 50 | 50* |
19 | Əməkdar artist Vasif Məhərrəmli | Xanlıqlar | 70* |
20 | Qazax Suvarma Sistemləri İdarəsi | Yuxarı Salahlı | 57 |
21 | Məmmədov Şahismayıl | Yuxarı Salahlı | 40 |
22 | ƏƏSMN və meliorasiya | Rayon üzrə | 43 |
23 | Rəhimov Firdovsi | Dəmirçilər | 26 |
24 | “Qazax Sement Zavodu” MMC | Daş Salahlı - 129 | 129 |
25 | Qazax Rayon Təhsil şöbəsi | Qazax şəhəri | 10 |
26 | Sahibkarlar, fiziki şəxslər, bələdiyyələr və girə könüllü şəxslər | Çaylı, Aşağı Əskipara, Dəmirçilər, Ağköynək, Daş Salahlı, Qazaxbəyli, Çaylı, Qarapapaq, Canalı, Kəmərli, Kosalar, Xanlıqlar | 839 |
27 | Dövlət Qulluqçularının Həmkarlar İttifaqı | Fərəhli - 12, Qazax şəhəri - 38 | 50 |
28 | YAP Qazax rayon əşkilatı | Qazax rayonu üzrə aztəminatlı ailələr | 20 |
29 | Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkiimi Ramiz Mansurov | Qazax şəhəri üzrə aztəminatlı ailələr | 110 |
30 | Cəmi | 9279 |
Ağstafa rayonu üzrə.
S/S | Yardım etmiş şəxslərin və təşkilatların adı | Yardım verilən kəndlər və sosial kateqoriyalar üzrə | Yardım verilən ailənin ümumi sayı |
1 | Kərimov Elmar Hacı oğlu | Ağstafa şəhər və kəndlər | 1000 |
2 | Puşkin Əhmədov | Ağstafa şəhər və kəndlər | 166* |
3 | Qasım Abdullayev | Ağstafa şəhər və kəndlər | 100* |
4 | “Saloğlu” şirkətinin rəhbəri Tacəddin Mustafayev | Ağstafa şəhər və kəndlər | 100 |
5 | Mustafa Babanlı | Ağstafa şəhər və kəndlər | 60 |
6 | Akif Abbasov | Ağstafa şəhər və kəndlər | 66* |
7 | Tağı Əhmədov | Ağstafa şəhər və kəndlər | 60* |
8 | Mirfalah Cabbaro | Ağstafa şəhər və kəndlər | 230 |
9 | Mahir Xanəhmədov (Surqut) | Ağstafa şəhər və kəndlər | 200 |
10 | Anar Həmzəyev | Ağstafa şəhər və kəndlər | 70 |
11 | Vüsal Tağıyev | Ağstafa şəhər və kəndlər | 30 |
12 | Qənbər Hüseynov (Surqut) | Ağstafa şəhər və kəndlər | 117 |
13 | Hamlet Nəbiyev | Ağstafa şəhər və kəndlər | 60 |
14 | Kamal Babayev (Rusiya Federasiyası) | Ağstafa şəhər və kəndlər | 118 |
15 | Fərəc Həsənov (Sankt Peterburq) | Ağstafa şəhər və kəndlər | 40 |
16 | Məqsəd Məmmədov (Surqut) | Ağstafa şəhər və kəndlər | 100 |
17 | Kamal Məmmədov (Tver) | Ağstafa şəhər və kəndlər | 50 |
18 | Ceyhun Məmmədov | Ağstafa şəhər və kəndlər | 35 |
19 | Elşən Həsənov | Qırlı - 16 | 16 |
20 | “Əsədoğlu” şirkətinin rəhbəri Vüqar Kərimov | Ağstafa şəhər və kəndlər | 115 |
21 | Elşad Məmmədov | Ağstafa şəhər və kəndlər | 100 |
22 | Vidadi Ələsgərov | Ağstafa şəhər və kəndlər | 100 |
23 | Tahir Məmmədov | Xılxına - 15 | 15 |
24 | Həbib İsmayılov | Ağstafa şəhəri - 10 | 10 |
25 | Elşad Vəliyev | Ağstafa şəhər və kəndlər | 120 |
26 | Elbrus Mövlaverdiyev | Aşağı Kəsəmən - 70 | 70 |
27 | Ayaz Nazarov | Ağstafa şəhər və kəndlər | 30 |
28 | Cəmi | 3112 | |
Cədvəldən göründüyü kimi, “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə 1167 ailəyə, bundan əlavə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən ayrıca olaraq verilən yardımlar (*) işarəsi ilə qeyd edilmişdir.
“Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə verilən hər bir yardım səbətindəki ərzaq və yeyinti məhsullarının dəyəri 52-55 manat həcmində olmuşdur.
Bildirmək istəyirəm ki, Qazax rayonu üzrə 9279, Ağstafa rayonu üzrə 3112 pay olmaqla, ümumilikdə həssas təbəqədən olan 12391 aztəminatlı ailəyə yardım edilmişdir. Hər iki rayon üzrə 2430 ailəyə edilən yardım birbaşa “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən və Birliyin təşkilatçılığı ilə həyata keçirilmişdir. Yəni Qazax rayonu üzrə 1978 (1167*+114*+386*+141*+100*+70*), Ağstafa rayonu üzrə 452* (166*+100*+60*+66*+60*) ailəyə yardım edilmişdir.
Eyni zamanda, bu yardımlardan başqa əslən Ağstafadan olan və Moskva şəhərində yaşayan iş adamı Fazil Əmiraslanov da “Qazax” Xeyriyyə İctimai Birliyi ilə əlaqə saxlayaraq həssas təbəqədən olan 500 ailəyə yardım edəcəyi ilə bağlı məlumat versə də hələlik heç bir yardım etməmişdir.
Qeyd edim ki, bu məlumatlar Qazax Rayon İcra Hakimiyyəti, Ağstafa rayon İcra Hakimiyyəti və “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən Qazax və Ağstafa rayonları üzrə həssas təbəqədən olan ailələrə verilmiş yardımlar əsasında hazırlanmışdır. Ona görə də xüsusi olaraq bu işdə bizə daha yaxından kömək edən “Qazax” Xeyriyyə İctimai Birliyinin Qazax və Ağstafa rayonundan olan üzvləri akademik Teymur
Bünyadova, Xalq şairi Nəriman Həsənzadəyə, Millət vəkili Səməd Seyidova, Millət vəkili Nizami Cəfərova, Millət vəkili Ülviyyə Ağayevaya, Məmməd Musayevə, Kamran Nəbizadəyə, professor Əhməd Vəliyevə, professor Mustafa Babanlıya, Fuad Hacıyevə, Puşkin Əhmədova, Elmar Kərimova, Nadir Nəsibova, Elçin Carçıyevə, Alı Qocayevə, Tacəddin Mustafayevə, Qasım Abdullayevə, Tağı Əhmədova, Fikrət Hacıyevə, Mədət Səttarova, Kamal Axundova, Arzuman Abbasova, Namiq İsmayılova, Şöhrət Vəkilova, Rövşən Göyüşova, Ramiz Göyüşova, Xəyyam Sanıyevə, Şahin Şıxlinskiyə, Akif Abbasova, Elmir Mehdiyevə, Firdovsi Umudova, Həsrət Pirməmmədova, Fərman Qaramanlıya, Vasif Məhərrəmliyə, Arzuman Abdulkərimova, Natiq Əliyevə, Abid Məmmədova, İlqar Həsənova, Allahverən Piriyevə, Zahid İsayevə, Elxan Nabiyevə, Əhməd Hontuoğluna, Vüqar Kərimova, Elşad Məmmədova, Bəhruz Qaraqoyunluya, Əli Rəhimova, Süleyman Allahquliyevə, Tapdıq Osmanova, Allahverdi Qasımova, Sultanxanım Nəsibovaya, Valeh Nəsibliyə, Məqsəd Qocamanova, Elxan Kapcıllıya, Bayram Qorcuyeva, Eldəniz Qorcuyevə, Nazim Orucova, Şahid Orucova, Vuqar Süleymanova, Alı Yusifova, Məhəmməd Axundova, Rövşən Axundova, Surxay Ocaqova və adlarını çəkmədiyim çoxlu sayda insanlara dərin təşəkkürümüzü bildiririk.
“Qazax” Xeyriyyə İctimai Birliyinin müraciətinə qoşularaq el-obaya çətin günlərdə dəstək olmuş hər kəs bizim üçün bir qəhrəman, əvəzedilməz insandır. Hər zaman başınız uca olsun!
Təşkilati məsələlərdə daim bizə göstərdiyi böyük dəstəyə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rəcəb Babaşova, Ağstafa rayon İcra Hakimiyyətinin başçısının müavini hörmətli Lalə xanım Eyyubovaya, kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə, könüllülərə, İctimai Birliyin üzvləri Zaməddin Həmişəyevə, Yusif Alıyevə, Fərhad Eyyubova, Səbinə Yusifə, Ələddin Kəsəmənliyə və bu işdə əməyi keçən hər bir üzvünə dərin minnətdarlığımızı bildirirk.
Bir daha böyük qürur hissi ilə bildirirəm ki, Azərbaycan xalqı bu çətin günlərdə də öz liderinin, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ilkin olaraq bu bəladan maksimum az itkilərlə çıxmağı bacardı.
Eyni zamanda İctimai Birliyimiz bu çətin məqamlarda sizlərin sayəsində, həmrəylik və birlik göstərərək dövlətə, dövlətçiliyə, Azərbaycan Respublikasının Prezidentinə sadiq olduğunu nümayiş etdirdi. Əminəm ki, yenə də lazım olarsa nümunəvi addımlar ataraq bu yolda birgə böyük işlər görəcəyik.
Hər birinizlə fəxr edib, qürur duyduğumuzu bildiririk!
Dərin hörmətlə,
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov.