Xalq şairi Səməd Vurğun Fəxri Xiyabanda anıldı

0
1587

DEMƏ SƏMƏD VURĞUN GƏLDİ-GEDƏRDİ,

UNUTMAZ BU OBA, BU MAHAL MƏNİ

“Qazax” Xeyriyyə İctimai Birliyinin tədbirlər planına uyğun olaraq may ayının 27-də Xalq şairi Səməd Vurğunun vəfatının 64-cü ili ilə əlaqədar olaraq İctimai Birliyin bir qrup üzvü və Səməd Vurğunun Ev Muzeyinin əməkdaşları Fəxri Xiyabanda ziyarətdə olmuşlar.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov qeyd etdi ki, bu gün ölkədə koranavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələb və tövsiyələrinə uyğun olaraq ziyarətin kütləvi şəkildə təşkil edilməsini təxirə saldıq və ziyarətin çox az sayda insanla birlikdə həyata keçirməyi qərara aldıq.

İlham Pirməmmədov Səməd Vurğuna olan xalq sevgisindən söhbət açdı. Həmçinin Səməd Vurğunun da el-obaya, Vətənə məhəbbətindən danışdı. “Onun insanlığı ilə şairliyi mütənasib olduğu üçün də qədirbilən xalqımız həm insan kimi, həm də şair kimi Səməd Vurğunu hər zaman yaddaşlarda yaşadacaq”, -deyə İlham Pirməmmədov vurğuladı.

Birliyin İdarə Heyətinin sədri İlham Pirməmmədov Azərbaycan Respublikası ikinci dəfə müstəqillik qazandıqdan sonra Səməd Vurğun yaradıcılığına olan dövlət qayğısından, Səməd Vurğun irsinin qorunub, saxlanılmasından da söz açaraq qeyd etdi ki, Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev Səməd Vurğun şəxsiyyətinə, yaradıcılığına  böyük dəyər verdi. Bəzi qüvvələr Səməd Vurğunu gözdən salmağa cəhd etdilər. Hətta təklif etdilər ki, dərsliklərdən çıxarılsın. Ancaq ümummilli lider bu yersiz fikirlərin qarşısını birdəfəlik aldı. Ulu öndər 1996-cı ildə Səməd Vurğunun 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən bir il müddətində Azərbaycanın hər bir yerində Səməd Vurğuna həsr olunmuş tədbirlər həyata keçirilməli idi. 1997-ci ildə isə o vaxtkı Respublika Saraylnda Səməd Vurğunun 90 illik yubileyi ulu öndərin iştirakı ilə təntəməli şəkildə keçirildi. Ulu öndər onu da qeyd etdi ki, Səməd Vurğun poeziyası, Səməd Vurğun yaradıcılığı bir həftəyə, bir aya sığmaz. Onu layiqli şəkildə yad etmək üçün ən azı bir il ölkəmizdə tədbirlər keçirilməlidir. Beləliklə də Səməd Vurğun haqqında yersiz danışanlara ulu öndər layiqli cavab verdi.

İ.Pirməmmədov, həmçinin koronavirusla bağlı dövlətin tətbiq etdiyi qərarların vaxtında qəbul olunmasından da danışdı. Ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bu çətin günlərdə xalqın yanında olduqları üçün, həssas təbəqədən olan ailələrə xüsusi diqqət və qayğı göstərdikləri üçün  minnətdarlığını ifadə etdi. Həmçinin gecə-gündüz bilmədən xalqın keşiyində dayanan, vəzifə borclarını layiqincə icra edən həkimlərə, polislərə də təşəkkür etdi.

Daha sonra Səməd Vurğunun Ev Muzeyinin müdiri, Vaqif  Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri professor Məhəbbət Dəmirçiyeva, Hacıvəli Mustafayev, professor Valeh Nəsibli, şairin yaxın qohumu  Dürdanə Vəkilova, şair Rəfail İncəyurd, Səbinə Yusif  Səməd  Vurğuna olan xalq sevgisindən, Vurğun yaradıcılığının əvəzolunmazlığından söz açdılar.

İctimai Birliyin üzvləri daha sonra Fəxri Xiyabanda uyuyan Xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, İsa Muğannanın, Yusif Səmədoğlunun, Xalq  şairi Vaqif Səmədoğlunun, Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından olan  Azərbaycan Xalq Artisti, SSRİ xalq artisti, xareoqraf, professor Leyla xanım Vəkilovanın, Dövlət xadimi, uzun illər Azərbaycan SSR Kənd təsərrüfatı naziri, müxtəlif vaxtlarda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun rektoru olmuş Möhsün Poladovun, da məzarlarını ziyarət etdilər.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here