Müdafiə nazirinin müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-leytenant Kərim Vəliyevin anası Leyla xanım Vəkilova dünyasını dəyişib.
Genaralın anası Leyla xanım Vəkilova Amerika Birləşmiş Ştatlarında yaşayan qızının yanında yaşayıb və orada dünyasını dəyişib. Dünyada yaşanan pandemiya səbəbindən mərhum Leyla xanımın nəşini doğma vətəni Azərbaycana gətimək mümkün olmadığından ABŞ-da müsəlman adəti ilə dəfn edilib.
Qeyd edək ki, Leyla xanım Vəkilovanın atası polkovnik Kərim ağa Vəkilov Xalq şairi Səməd Vurğunun əmisi oğludur. Leyla xanımın həyat yoldaşı, general-leytenant Kərim Vəliyevin atası Tofiq Vəliyev isə uzun müddət Zaqatala rayonunun prokuroru vəzifəsində çalışıb.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Şahin Mustafayev, Millət vəkili akademik Nizami Cəfərov, Millət vəkili professor Səməd Seyidov, Millət Vəkili Ülviyyə Ağayeva, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Vidadi Bayramov, professor Əhməd Vəliyev, professor Mustafa Babanlı, Fuad Hacıyev, Kamran Nəbizadə, Məmməd Musayev, Əməkdar mühəndis Qasım Abdullayev, professor Rüstəm Kamal, Rafail İncəyurd, Kamal Axundov, Əməkdar məşqçi Firdovsi Umudov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, professor Məhəbbət Dəmirçiyeva, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, Humay Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Ramiz Göyüşov, Yusif Rəhimov, Zöhrab Abdullayev, Nəvai Metin, Qafar Sarıvəlli, İbrahim İlyaslı, Səbinə Yusif, Cığatel İsaqızı, Çiçək Mahmudqızı İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından general-leytenant Kərim Vəliyevə anası Leyla xanım Vəkilovanın dünyasını dəyişməsilə əlaqədar dərin hüzünlə başsağlığı verir, bu çətin günlərdə yaxınlarına səbr, dözüm diləyirlər.
Allah rəhmət eləsin!