Yazıçı Varis 54 yaşını tamam etdi

0
1378

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Əməkdar jurnalist, yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü Varis Musa oğlu Yolçiyevin doğum günüdür. 

Azərbaycanın ən istedadlı yazarlarından olan Varis Yolçuyev beynəlxalq səviyyədə tanınan 11 bestseller müəllifi, dünyanın bir neçə ödülünə layiq görülmüş, Avrasiya materikinin ədəbiyyat üzrə LiFFt festivallar festivalını 2019-cu ildə Azərbaycana gətirərək ölkəmizi dünyanın dörd bir yanında tanıtmış şəxsiyyətdir. 

16 may 2017-ci ildə Fransanın “L`Autographe” (“Avtoqraf”) almanaxına daxil edilmiş “İyirmi bir” adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq “Antuan de Sent Ekzüperi diplomu”na layiq görülmüş yazıçı Varis Yolçuyev 2 iyun 2019-cu ildə Moskvada – Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə 1-ci dərəcəli “Puşkin medalı” ilə təltif edilmişdir.

Həmçinin Əməkdar jurnalist Varis Yolcuyevin adı Beynəlxalq London Mükafatının 29 noyabr 2018-ci ildə açıqlanan yekun siyahısında yer almışdır.

“Qazax” Xeyriyyə İctimai Birliyinin bütün tədbirlərində yaxından iştirak edən, Qazax mahalının adını öz yaradıcılığı, fəaliyyəti ilə daim uca edən yazıçı Varıs Yolçuyev “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Birliyin “Fəxri Fərman”ı və “Fəxri Diplom”u ilə təltif edilmişdir. 

Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Şahin Mustafayev, Millət vəkili akademik Nizami Cəfərov, Millət vəkili professor Səməd Seyidov, Millət Vəkili Ülviyyə Ağayeva, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Vidadi Bayramov, professor Əhməd Vəliyev, professor Mustafa Babanlı, Fuad Hacıyev, Kamran Nəbizadə, Məmməd Musayev, Əməkdar mühəndis Qasım Abdullayev, professor Rüstəm Kamal, Rafail İncəyurd, Kamal Axundov, Əməkdar məşqçi Firdovsi Umudov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, professor Məhəbbət Dəmirçiyeva, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, Humay Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Ramiz Göyüşov, Yusif Rəhimov, Zöhrab Abdullayev, Nəvai Metin, Qafar Sarıvəlli, İbrahim İlyaslı, Səbinə Yusif, Cığatel İsaqızı, Çiçək Mahmudqızı İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Əməkdar jurnalist, yazıçı Varis Yolçuyevi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.

Varis müəllim, sizinlə fəxr edirik!

P.S.  Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1991-ci ildə “168 saat” qəzetinə baş redaktorluq, 1993-cü ildə “7 gün” qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının “Gecə kanalı” proqramının yaradıcılarından olub.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk “TV plyus” milli teleradio jurnalının baş redaktorudur.

Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən (“European Market Research Center”, “Editorial Ofice” və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə “Dan ulduzu” ali jurnalistika mükafatına, “İlin ən yaxşı redaktoru” adına layiq görülüb. 18 kitabın (“Əsl insan haqqında”, “Azərbaycan prezidenti”, “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri “Ulduz” jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri (“Bir ovuc torpaq”, “Tənha yalquzağın nağılı”, “Əbədi məhəbbət dastanı”, “Səhər heç vaxt açılmayacaq”, “Sənə inanıram”, “Yol ayrıcında azıb qalanlar”) işıq üzü görüb. İlk bədii kitabı (“Sonuncu ölən ümidlərdir”) 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının “Bir ovuc torpaq”, 2010-cu ildə “Sənə inanıram”, 2011-ci ildə “Yetmiş yeddinci gün” adlı növbəti kitabları işıq üzü görüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here