Tanınmış həkim-onkoloq Fikrət Namazov koronavirus infeksiyasına yoluxmadan vəfat edib

0
5217

Azərbaycan tibb elminə ağır itki üz vermişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim-onkoloq Fikrət Namazov koronavirus infeksiyasına yoluxmadan vəfat edib.

Həkim Fikrət Namazov yüzlərlə xəstənin şəfa tapmasında əlindən gələni əsirgəməmişdir. Xəstələrin sağalması üçün çalışan əvəzedilməz həkim son anda özü bu dəhşətli virusun qurbanına çevrilmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Məhəbbət Dəmirçiyeva, Vidadi Bayramov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, professor Rüstəm Kamal, Kamal Axundov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Səbinə Yusif və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Fikrət Namazovun dünyasını dəyişməsilə əlaqədar ailə üzvlərinə, yaxınlarına, qohumlarına və Qazax mahalının camaatına dərin hüzünlə başsağlığı verir, bu çətin günlərdə onlara səbr, dözüm diləyirik.

Allah rəhmət eləsin!

Respublikanın tanınmış həkim-onkoloqun Fikrət Namazovun koronavirus infeksiyasından həyatını itirməsi olduqca ağır hadisədir. Bu itkininin acısını yaşamaq çox ağırdır. Gəlin hər birimiz vətəndaş olaraq öz sağlamlığımızın qeydinə qalaq ki, bu dəhşətli virusa nə özümüz yoluxaq, nə ailə üzvlərimizi, yaxınlarımızı, nə də bizim sağlamlığımızın keşiyində dayanmış həkimlərimizi yoluxduraq. Bunun üçün hər bir insan Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb, tövsiyə və qadağalarına ciddi əməl etmək lazımdır. 

P.S. Fikrət Rauf oğlu Namazov 1 noyabr 1959-cu ildə Qazax şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1975-1981-ci illərdə Azərbaycan Tibb İnstitutunda Müalicə-işi ixtisası üzrə təhsil alıb.

1981-1982-ci illərdə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət xəstəxanasında Həkim-interna kursu keçib.

1988-ci ildə Ukrayna Respublikasında Həkimlərin Təkmilləşdirmə İnstitutunda Onkologiya üzrə birincili təkmilləşmə kursu,

1988-ci ildə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət Onkoloji Dispanserində Onkologiya üzrə 2-ci dərcəli həkim kursu,

1989-cu ildə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət Onkoloji Dispanserində Onkologiya üzrə 1-ci dərcəli həkim kursu,

1995-ci ildə Milli Onkologiya Mərkəzində Ali dərəcəli həkim kursu keçmişdir.

1997-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dissertantı olub.

1982-1984-cü illərdə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət xəstəxanasında həkim.

1985-1990-ci illərdə Rusiya Federasiyasının Kaluqa Mərkəzi vilayət xəstəxanasında həkim-ordinator.

1990-2005-ci illərdə A.T. Abbasov adına Bakı şəhəri Onkoloji Dispanserdə həkim-ordinator.

2005-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında Assistant.

2016-2020-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında dosent.

Çoxlu sayda elmi-tədqiqat əsərinin müəllifidir.

Ailəlidir, 3 övladı, 2 nəvəsi var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here