Bakı “İstanbul” liseyinin direktoru Söhrab Abdullayev dünyasını dəyişmişdir

0
699

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, “İstanbul” liseyinin direktoru, İqtisadçı-politoloq, şair Abdullayev Söhrab İsa oğlu qəflətən ürək tutmasından dünyasını dəyişmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Şahin Mustafayev, Millət vəkili akademik Nizami Cəfərov, Millət vəkili professor Səməd Seyidov, Millət Vəkili Ülviyyə Ağayeva, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Vidadi Bayramov, professor Əhməd Vəliyev, professor Mustafa Babanlı, Fuad Hacıyev, Kamran Nəbizadə, Məmməd Musayev, Əməkdar mühəndis Qasım Abdullayev, professor Rüstəm Kamal, Rafail İncəyurd, Kamal Axundov, Əməkdar məşqçi Firdovsi Umudov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, professor Məhəbbət Dəmirçiyeva, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, Humay Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Ramiz Göyüşov, Yusif Rəhimov, Nəvai Metin, Qafar Sarıvəlli, İbrahim İlyaslı, Səbinə Yusif, Cığatel İsaqızı, Çiçək Mahmudqızı İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Söhrab Abdullayevin dünyasını dəyişməsilə əlaqədar ailəsinə dərin hüzünlə başsağlığı verir, bu çətin günlərdə yaxınlarına səbr, dözüm diləyirlər.

Allah rəhmət eləsin!

P.S. Abdullayev Söhrab İsa oğlu Qazax rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Orta məktəbi Muğanlıda bitirib. D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisadiyyat Universiteti), “Qərb” Universitetinin Uluslar arası İqtisadiyyat və siyasət fakültəsini bititib.

Xarkov Universitetində sosiologiya üzrə doktorant idi.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. Bakı İstanbul Liseyini həmtəsisçisi və müdiri idi. Onlarca aktual məqalələri Azərbaycan və Türkiyə mətbuatında dərc olunmuşdur.

“Gecikmiş görüş” və “Sevda möhürü” kitablarının müəllifi idi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here