“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanovanın anası Bəsti xanım Qurbanova dünyasını dəyişmişdir. Bəsti xanım Qazax mahalının adlı-sanlı kişilərindən biri, el ağsaqqalı mərhum Moşu Qurbanovun – Qara Moşunun ömür-gün yoldaşı olub.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Şahin Mustafayev, Millət vəkili akademik Nizami Cəfərov, Millət vəkili professor Səməd Seyidov, Millət Vəkili Ülviyyə Ağayeva, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Vidadi Bayramov, professor Əhməd Vəliyev, professor Mustafa Babanlı, Fuad Hacıyev, Kamran Nəbizadə, Məmməd Musayev, Əməkdar mühəndis Qasım Abdullayev, professor Rüstəm Kamal, Rafail İncəyurd, Kamal Axundov, Əməkdar məşqçi Firdovsi Umudov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, professor Məhəbbət Dəmirçiyeva, Sultanxanım Nəsibova, dosent Dürdanə Vəkilova, Humay Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Ramiz Göyüşov, Yusif Rəhimov, Nəvai Metin, Qafar Sarıvəlli, İbrahim İlyaslı, Səbinə Yusif, Cığatel İsaqızı, Çiçək Mahmudqızı İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Məlahət xanım Qurbanovaya anası Bəsti xanımın dünyasını dəyişməsilə əlaqədar dərin hüzünlə başsağlığı verir, bu çətin günlərdə ona və yaxınlarına səbr, dözüm diləyirlər.

Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here