Professor Rüstəm Kamalı doğum günü münasibətilə təbrik edirik

0
1402
Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, tənqidçi, ədəbiyyatşünas, esseist, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, Rüstəm Kamal oğlu Rəsulovun (Rüstəm Kamal) doğum günüdür.
Gözəl əsərləri, geniş tədqiatı, tənqidi fikirləri və ictimai fəaliyyəti ilə cəmiyyətdə və xüsusən də Azərbaycan ədəbiyyatında özünəməxsus nüfuz qazanan Rüstəm Kamal bu gün də yorulmadan, usanmadan elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Rüstəm Kamal hazırda böyük şövqlə Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı fənnindən tələbələrə mühazirələr oxuyur.
Həmçinin Rüstəm Kamal dəyərli alim, ziyalı kimi daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir insandır.
 

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin baçısı Seymur Orucov, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Məhəbbət Dəmirçiyeva, Vidadi Bayramov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, dosent Məti Osmanoğlu, Əməkdar jurnalist Varis Yolçuyev, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, Kamal Axundov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Səbinə Yusif və İctimai Birliyin bütün üzvləri adından professor Rüstəm  Kamalı doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Rüstəm müəllim, sizinlə fəxr edirik!

 
P.S. Rüstəm Kamal oğlu Rəsulov 2 iyul 1962-ci ildə Rustavi şəhərində anadan olub. 1979-cu ildə Qazaxın İkinci Şıxlı kənd orta məktəbində bitirmişdir. İmmaniul Kant adına Rusiya Dövlət Universitetinin filologiya fakültəsini və  aspirantura, doktoranturasını bitirib. Filologiya elmləri doktorudur. Azərbaycanın müxtəlif ali məktəblərində müxtəlif vəzifələrdə (kafedra müdiri, dekan) çalışıb. Hazırda Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı kafedrasının professorudur. 2010-cu ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2001, 2011-ci illərdə Prezident təqaüdçüsü, “Qızıl Kəlam” mükafatı laureatı olmuşdur.
 
Bir çox monoqrafiyaların və filoloji esselərin müəllifidir.
 
Əsərlərindən:
“Oğuz ruhu: bərpa və yozum”. Bakı, 1996
“Kitabi Dədə Qorqud”: “arxaik ritual semantikası”. Bakı, 1999
“Kitabi Dədə Qorqud” və “İqor Polku haqqında dastan: janrın hermenevtikası”. Bakı, 2003
“Ömür-inanc mətni”. Bakı, 2010
“Zəlimxan Yaqub : inanc işığı”. Bakı, 2010,
“Yazdan mifə” Bakı,2010
“Sözü işığa danışdım” Bakı, 2012
“Kitabi Dədə Qorqud” nitq janrları və davranış poetikası Bakı, 2013
çap olunmuşdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here