Kontr-admiral Sübhan Bəkirov Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib

0
9396

Müdafiə nazirinin müvafiq sərəncamı ilə kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib. O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.


Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə Sübhan Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin baçısı Seymur Orucov, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, general-mayor Mahmud Həmzəyev, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Rüstəm Kamal, professor Məhəbbət Dəmirçiyeva, Vidadi Bayramov, hərbi-jurnalist Şəmistan Nəzirli, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, dosent Məti Osmanoğlu, Əməkdar jurnalist Varis Yolçuyev, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, Kamal Axundov, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Səbinə Yusif və İctimai Birliyin bütün üzvləri və Qazax mahalının ziyalıları adından Sübhan Kamal oğlu Bəkirovu Hərbi Dəniz Qüvvələri komandanı təyin olunması və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə kontr-admiral hərbi rütbəsi alması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Sübhan müəllim, sizinlə fəxr edirik!

Qeyd edək ki, artıq “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərindən general-leytenant Kərim Vəliyev, general-mayor Mahmud Həmzəyev, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, kontr-admiral Sübhan Bəkirovun üzvlüyü ilə İctimai Bilriyin general korpusu yaranmışdır.

P.S. Bəkirov Sübhan Kamal oğlu 4 avqust 1964-cü ildə Qazax rayonunun Ürükməzli kəndində anadan olub. Ali təhsilli hərbi mühəndisdir.

1982-1984-cü illərdə Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçib.

1993-cü ildən Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağıralandək Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.

1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunmuşdur.

1997-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində və Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmişdir.

2014-cü ildə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə hərbi gəmi təmiri zavodunun baş mühəndisi – zavod rəisinin müavini və həmin ildə hərbi gəmi təmiri zavodunun rəisi vəzifəsinə təyin olunmuşdur.

2016-cı ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə Hərbi Dəniz Qüvvələri komandanının Maddi – Texniki Təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir.

18 fevral 2020-ci tarixində Müdafiə nazirinin müvafiq əmri ilə Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsinə təyin edilmiş və Hərbi Dəniz Qüvvələri komandanının vəzifəsinin icrasına buraxılmışdır.

12 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsinə təyin edilmişdir.

25 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə kontr-admiral ali hərbi rütbəsi verilmişdir.

Asudə vaxtlarında idmanla məşğul olmağı, şeir yazmağı, kitab oxumağı sevir.

Ailəlidir, 3 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here