Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyini əldə etdikdən qısa müddət sonra ərazilərimiz erməni təcavüzünə məruz qaldı. Yarıtmaz siyasi hakimiyyətin səriştəsizliyi səbəbindən Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonlar işğal olunmağa başladı. Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev atəşkəs elan edərək düşmən işğalının qarşısını aldı. Münaqişənin həlli istiqamətində siyasi danışıqlara aparılsa da ordu quruculuğu sahəsində də böyük işlər görülməyə başlamışdı.

Ermənistanın siyasi və hərbi rəhbərliyinin Qarabağa yönəlik iddialarına qarşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək beynəlxalq kürsülərdən Qarabağın tarixi Azərbaycan torpağı olduğunu və Qarabağ Azərbaycandır nida işarəsi deməsi ilə xalq onun siyasi iradəsi ərtafında daha da sıx birləşdi.

Cari ilin 27 sentyabr tarixində düşmən hücmunun qarşısını almaq üçün Alı Baş Komandanın göstərişi ilə başlanan əks-hücm əməliyyatı sayəsində müzəffər Azərbaycan Ordusu bir-birinin ardınca işğal altındakı torpaqıları düşməndən azad etdi. Təbii ki, döyüş meydanında əldə edilən hər bir qələbənin arxasında lider qətiyyəti dayanır ki, bunu da xalqımızın siyasi lideri möhtərəm Prezidentimiz layiqincə bacardı. Dünya gücləri də bu haqq savaşımızda bizimlə hesablaşmağa məcbur oldu.

Cəbhədə qələbələri ilə tarix yazan Azərbaycan əsgəri düşmənə aman vermədən onu ağır məğlubiyyətə uğratdı. Bu ağır döyüşlərdə canından, qanından keçərək şəhid olmuş qəhrəman oğullarımızın əbədiyaşar ruhları qarşısında hər birimiz baş əyirik. Yaralılara Allahdan şəfa diləyirik.

Azərbaycan xalqı son 200 ildə itirdikləri torpaqları ilk dəfə bu haqq müharibəsində geri qaytara bildi. Bu qələbəni, bu sevinci Azərbaycan xalqına bəxş edən isə cənab Ali Baş Komandan, möhtərəm Prezident İlham Heydər oğlu Əliyev oldu. Nəhayət, 30 illik həsrətə son qoyuldu. Artıq Azərbaycan ərazisinin hər yerində şanlı üçrəngli Azərbaycan bayrağı dalğalanacaq.

Əminəm ki, Qazax rayonunun işğal altında olan 7 kəndi də düşmən tapdağından azad ediləcək və mahalımızda həyat öz axarı ilə davam edəcək.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Qələbə münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə böyük fəxarət hissi yaradıb.

30 illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsini və ərazi bütövlüyümüzün təmin edilməsini əbədi olaraq təmin etdi.

Əminik ki, milli birliyimizi daha da gücləndirən bu tarixi qalibiyyət müasir Azərbaycan tarixinin şanlı səhifələrinin yazılması ilə yadda qalacaq.

Azərbaycanın haqq mübarizəsində hər an Silahlı Qüvvələrin Alı Baş Komandanı cənab İlham Əliyevin və döyüşən Ordunun yanında olan, maddi, mənəvi dəstəyini əsirgəməyən “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvünə göstərdiyi həmrəyliyə və əzmkarlığa görə təşəkkür edirəm.

Gözümüz aydın olsun!

Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Uca Tanrı Qəhrəman Əsgərlərimizi və Ali Baş Komandanımızı qorusun!

Hörmət və ehtiram hissi ilə,

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here