Dosent Aslan Məmmədov haqq dünyasına qovuşmuşdur

0
1170

“Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, iqtisadçı-alim Aslan Məmmədov 6 dekabr 2020-ci ildə dünyasını dəyişmişdir. Aslan müəllim yaşadığı ömür yolunda hər zaman yüksək amallar uğrunda fəaliyyət göstərmiş, elmə, təhsilə bağlı bir insan olmuşdur.

Aslan müəllim “Qazax Xeyriyyə” İctimai Birliyi yarandığı gündən onun fəaliyyətində yaxından iştirak etmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Məmməd Musayev, Kamran Nəbizadə, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Həsrət Pirməmmədov, Binnət Həsənov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Namiq İsmayılov, Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Puşkin Əhmədov, Ramiz Göyüşov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Elçin Şıxlınski, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair İbrahim İlyaslı, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Aslan Məmmədovun vəfatı ilə əlaqədar Arzuman Abdulkərimova və ailəsinə dərin hüzünlə başsağlığı verir, bu çətin günlərdə ailəsinə, yaxınlarına səbr, dözüm diləyirik.

Allah rəhmət eləsin!

P.S. Məmmədov Aslan Tahir oğlu 29 mart 1949-cu ildə Qazax rayonu, Orta Salahlı kəndində anadan olmuşdur.

1966-1970-ci illərdə Azərcaycan Xalq Təsərrüfatı İnstitutunun «Maddi-Texniki Təchizatın iqtisadiyyatı və planlaşdırılması» ixtisasını bitirmişdir.

1970-1975-ci illərdə Azərcaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasını bitirmişdir.

Uzun illər Dövlət Maddi-Texniki Təchizat Komitəsində işləmişdir.

1982-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
1988-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Marketinq» kafedrasının dosenti olub.

İki övladı, iki nəvəsi var

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here