Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi.

Dekabrın 10-da “Azadlıq” meydanında keçirilən Zəfər paradı Azərbaycan xalqının hərb tarixinin şanlı və şərəfli səhifəsi oldu. Zəfər paradında qəhrəman Azərbaycan Ordusunun gücündən, başı əzilmiş, beli bükülmüş mənfur düşmənin məğlubiyyətini əks etdirən səhnələrdən hər bir vətəndaşımız ilham aldı.

Bu 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının gözü, qəlbi, varlığı hər an cəbhəyə bağlı oldu. Hər gün cəbhədən gələn sevincli xəbərlərlə sevinib, sevinc göz yaşları axdı gözlərimizdən. Bu qələbənin arxasında yüzlərlə, minlərlə igid Vətən oğlunun, əsgər və zabitin qətiyyəti, şücaəti, qorxmazlığı, qəhrəmanlığı dayanmışdır. Vətən uğrunda canından, qanından keçməyə hazır olan Azərbaycan əsgər və zabitləri döyüşlərin hər birində xüsusi qəhrəmanlıq nümunələri göstərərək, Azərbaycan hərb tarixinin yeni səlnamələrini yazdılar. O qəhrəmanlardan bir çoxu Şəhid olaraq əbədiyyata qovuşdular, bir çoxu qazi olaraq xalqımızın qəlbində əbədi zirvəyə ucaldılar. Onlar öz qəhrəmanlıqları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə, işğalda olan torpaqlarımızın düşməndən azad etdilməsinə nail oldular.

Təbii ki, “Dəmir yumruq” əməliyyatı Azərbaycan xalqını bir yumruq ətrafında birləşdirdi. Hər bir vətən oğlu milli mənsubiyyətindən, dini və siyasi baxışından asılı olmayaraq Vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdılar.

44 günlük Vətən müharibəsində Qazax mahalından yüzlərlə qeyrətli, cəsur qorxmaz, igid əsgər və zabitlərimiz də iştirak etmişdir. Onlarla əsgər və zabitimiz Vətən yolunda canından, qanından keçərək Şəhid olmuş, onlarla əsgər və zabitimiz döyüşlərdə yaralanaraq qazi olaraq Vətən torpağının azadlığı uğrunda döyüşmüşlər.

Vətən müharibəsində canından keçən bütün Şəhidlərimizə uca Tanrıdan rəhmətlər diləyir və qazilərimizə şəfalar diləyirik!

Qəhrəmanlıqla döyüşmüş Azərbaycan əsgər və zabitlərinin şücaətləri Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallarla, fəxri adlarla təltif edilir. Həmin qəhrəman oğullarımızı tanımaq, onlarla qürur duymaq hər bir Azərbaycan vətəndaşının şərəf borcudur.

Təltif edilən şəxslər arasında döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Qazax mahalının da qəhrəman oğulları vardır və bu şəxslərin hamı tərəfindən tanınması üçün onların adlarını xüsusi olaraq aşağıdakı ardıcıllıqlarla verməyi zəruri bildik. Qeyd edək ki, bəzi məlumatlar dəqiqləşdikcə bu siyahıya əlavələr də olunacaq.

“Vətən Müharibəsi Qəhrəmanı”

Kapitan Bədəlov Nicad Mehman oğlu

Baş gizir Yusifli Azər Nazim oğlu (Ölümündən sonra)

“Zəfər” Ordeni

General-leytenant Vəliyev Kərim Tofiq oğlu

Polkovnik Qapaqov Elşən Rafiq oğlu

Mayor Hacıyev Pərvin Aleksandr oğlu

Kapitan Mahmudov Anar Zahid oğlu

“Qarabağ” Ordeni 

General-leytenant Məmmədov Şahin İsgəndər oğlu 

General-mayor Eminov Məmməd Şəmil oğlu

Polkovnik Namazov Eldəniz Firuddin oğlu

Polkovnik Məşədiyev Taleh Vilayət oğlu

Polkovnik Omarov Barat Bayram oğlu

Polkovnik-leytenant Məmmədov Elçin Ziyadxan oğlu

Mayor Zeynalov Rauf Çingiz oğlu

Kapitan İbrahimov Abdal Rafiq oğlu

Baş-leytenant Hüseynov Nəbi Hacıbala oğlu (Ölümündən sonra)

Gizir Nağıyev Anar Sahib oğlu (ölümündən sonra)

Vətən uğrunda canlarından keçmiş qəhrəman, ölməz Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən uğrunda sinələrini gərərək düşmənə qarşı mübarizə aparmış bütün əsgər və zabitlərimizlə fəxr edirik!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here