Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandanımız!
Sizin sərkərdəliyinizlə Vətən Müharibəsində şanlı zəfər qazanan xalqımızın qələbə
sevinci ilə yaşadığı, qurub-yaratdığı, öz tarixinin yeni mərhələsinə qədəm qoyduğu
bir şəraitdə Sizi ad gününüz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır.
2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi dövlətçilik dəyərlərini uca tutaraq bəyan etdiyiniz böyük
hədəflərə çatmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl
siyasət həyata keçirirsiniz. Ölkəmizi bugünkü qələbəyə çatdıran Güclü Dövlət
Konsepsiyasının gerçəkliyə çevrilməsi bu siyasətin möhtəşəm təntənəsini nümayiş
etdirir. Bu böyük yolda ən böyük enerji qaynağı Dövlət-Xalq birliyi və
bütövlüyüdür. Vətən müharibəsində şanlı Ordumuzun dünyaya nümunə olan
qəhrəmanlığının və şanlı zəfərinin başlıca ilham mənbəyi də bu birlik və
bütövlükdür.
Sizin rəhbərliyinizlə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş,
möhtəşəm uğurlar qazanmışdır.
Elan etdiyiniz və uğurla davam edən iqtisadi və siyasi islahatlar tərəqqi yolu ilə
yeni zirvələrə doğru irəliləyən Azərbaycan dövlətinin daha da güclənməsi üçün
etibarlı təməl təşkil edir.
Ölkəmizdə həyata keçirilən sosial siyasət hər bir vətəndaşın həyat səviyyəsinin
yüksəlməsinə, Azərbaycanın sosial dövlət kimi mövqeyinin möhkəmlənməsinə
xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizin siyasi, iqtisadi və mədəni
inkişafında böyük xidmətləriniz ölkəmizin hər bir vətəndaşı üçün qiymətlidir.
Hörmətli Prezident!
“Qazax Xeyriyyə” İctimai Birliyi adından Sizi doğum gününüz münasibətilə təbrik
edir, Sizə uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here