65 yaşın mübarək, Qafar Sarıvəlli!

0
927

Bu gün tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qafar Sarıvəllinin doğum günüdür. Onun 65 yaşı tamam olur.

Qafar Sarıvəlli ömrünü təbiətin, dünyanın harmoniyasına, rənglərin ittifaqından doğan gözəl əsərlərin yaradılmasına həsr etmişdir. Xalq artisti, kinoşünas Həmidə Ömərovanın söylədiyi kimi Qafar Sarıvəllinin əsərlərindən yurd ətri gəlir.

Qafar Sarıvəlli Qazax mahalı ilə bağlı onlarla rəsm və portretin müəllifidir. Onun şair və yazıçıların kitabları üçün çəkdiyi rəsmlər də kitabın üz qabığında sanki insanla üzbəüz durub danışır.

Qafar Sarıvəlli “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü kimi daim Birliyin fəaliyyətində yaxından iştirak etmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, general-leytenant Kərim Vəliyev, kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Həsrət Pirməmmədov, Binnət Həsənov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Namiq İsmayılov, Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Elçin Şıxlınski, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair İbrahim İlyaslı, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azərbaycan Rəssamlar İttifaqının üzvü Qafar Sarıvəllini 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və yaradıcılıq işlərində uğurlar arzu edirik.

“Qazax” Xeyriyyə İctimai Birliyinin illik fəaliyyət planında rəssam Qafar Sarıvəllinin 65 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulsa da mövcud vəziyyətlə əlaqədar olaraq təxirə salınmışdır. Gələcək aylarda bu tədbirin həyata keçirilməsi nəzərə alınmışdır.

P.S. Qafar Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazağın Kəmərli kəndində dünyaya göz açıb.

1973- cü ildə Kəmərli kənd orta məktəbini bitirb. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub.

1974-1976-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub.

1980-ci ildə rəssamlıq məktəbini bitirib.

1985-ci ildən Respublika  Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır.

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər  toplusundan ibarət dörd kitabı çap olunub (1996, 2001, 2005 2008-ci illər).

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here