Şair Rafail İncəyurdun atası Ağakişi İsmayılov dünyasını dəyişmişdir

0
1357

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü şair Rafail İncəyurda ağır itki üz vermişdir. Şairin atası İsmayılov Ağakişi İsmayıl oğlu dünyasını dəyişmişdir. O, 16 yanvar 2021-ci ildə, ömrünün 92-ci qışında öz kəndində, Qazax rayonunun İncə dərəsində – Kəmərli kəndində əbədiyyətə qovuşmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Məmməd Musayev, Kamran Nəbizadə, general-leytenant Kərim Vəliyev, kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Həsrət Pirməmmədov, Binnət Həsənov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Namiq İsmayılov, Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Elçin Şıxlınski, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair İbrahim İlyaslı, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından şair Rafail İncəyurda atası Ağakişi İsmayılovun vəfatı ilə əlaqədar dərin hüzünlə başsağlığı verir, bu çətin günlərdə ailəsinə, yaxınlarına səbr, dözüm diləyirik.

Allah rəhmət eləsin!

P.S. İsmayılov Ağakişi İsmayıl oğlu 1929 cu il, oktyabr ayının 22-də Qazax rayonunun Kəmərli kəndində (o zamanlar ayrıca kənd statusu olan (qəryə) Məliklidə) anadan olub.

Kəmərli kənd orta məktəbini uğurla bitirib Qazax iki illik müəllimlər seminariyasına daxil olur. Seminariyanı bitirəndən sonra onu təyinatla Kəlbəcər rayonuna göndərirlər və İstisuda, Seyidlərdə, Qamışlıda dil-ədəbiyyat müəllimi işləyir.

Bir müddət sonra Azərbaycan Pedaqoji İnstitutunun filalogiya fakültəsində təhsil alıb yenidən Kəlbəcərdə – bu dəfə Lev kəndində pedaqoji fəaliyyətini davam etdirir, rayonun ictimai həyatında fəal iştirak edir.

1966-cı ildə isə ailə vəziyyəti ilə əlaqədər anadan olduğu rayona – Qazağa göndəriş alır və əvvəlcə Xanbağı səkkiz illik məktəbində, sonra isə Kəmərli orta məktəbində ixtisası üzrə çalışır.

Ağakişi müəllim həyatının sonrakı fəaliyyətini el-obasının dini mariflənmə işinə həsr elədi. Dini fanatizmdən, şişirtmələrdən, ifrat uydurmalardan fərqli olaraq İslamın əsl mahiyyətinin açılmasında, dünyəvi elmləri ehtivasının, geniş fəlsəfi tutumunun gerçək, faktiki təsvirində, tədqiqində ciddi işlər gördü. Elin-obanın mərasimlərinə yeni ab-hava gətirdi.

Ağakişi İsmayıl oğlu istər təhsil, istər dövlət işi, istər dini-irfan fəaliyyətində hər zaman özünəməxsus oldu. Çox saylı şagirdlərinin ən sevimli müəllimi, iş yoldaşlarının əzizi, mahalın bir mənalı hörmət edilən, dəyərləndirilən ağsaqqalı oldu. Şərəfli, hər kəsə örnək olan bir ömür yaşadı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here