Bu gün Xalq artisti Sabir Məmmədovun 60 yaşı tamam olur

0
1379

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanlı Respublikanın Xalq artisti Sabir Məmmədovun doğum günüdür. Onun 60 yaşı tamam olur.

70-ə yaxın film və teatr səhnəsində rol alan istedadlı aktyor Sabir Məmmədov Azərbaycan tamaşaçısının qəlbində silinməz iz buraxaraq, xalqın sevimli aktyoruna çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2018-ci il tarixdə Sərəncama uyğun olaraq Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Sabir Novruz oğlu Məmmədova “Xalq artisti” fəxri adı verilməsi münasibətilə “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə “Fəxri Fərman”la təltif olunmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, general-leytenant Kərim Vəliyev, kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Namiq İsmayılov, Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Elçin Şıxlınski, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair İbrahim İlyaslı, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Xalq artisti Sabir Novruz oğlu Məmmədovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və yaradıcılıq işlərində uğurlar arzu edirik.

“Qazax” Xeyriyyə İctimai Birliyinin illik fəaliyyət planında Xalq artisti Sabir Novruzovun 60 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulsa da mövcud vəziyyətlə əlaqədar olaraq təxirə salınmışdır. Gələcək aylarda bu tədbirin həyata keçirilməsi nəzərə alınmışdır.

P.S. Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur.

1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir.

1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilmişdir. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirmişdir. Sabir Məmmədov bir çox filmə çəkilmiş, teatrlarda rol aparmış və bir çox filmlərdə öz səs tembrinə uyğun rolları səsləndirmişdir.

2002-ci ildən Azərbaycan Respublikasının Əməkdar Artisti,

2010-cu ildə Cəfər Cabbarlı mükafatı laureatı,

2018-ci ildən Azərbaycan Respublikasının Xalq artisti,

8 dəfə Prezident Mükafatçısı (2005, 2012, 2015, 2016, 2017, 2018, 2019, 2020).

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here