29 il keçdi Xocalı faciəsindən. Çox dəhşətli bir soyqrım hadisəsidir, bu faciə. O faciəni yaşayan hər bir xocalılının ağır, acı, insanı göz yaşları içində boğacaq bir xatirəsi vardır.
Bir gəncin həyatı… Çox təəssüf ki, o gənc yaşaya bilmədi. Xocalıda erməni cəlladları körpələrimizi, qadınlarımızı, yaşlılarımızı yaşamağa qoymadı, neçə-neçə həyatlara son qoydu. Onlar susur, amma ruhları daima fəryad içindədir. Daima yaddaşımızdasınız, qəlbimizdəsiniz. Müraciətim isə birbaşa gənclərimizədir.
-“Onlar susdu, sən susma!”
Layihənin müəllifi: Rəşid Tağıyev