İş adamı Elçin Carçıyevi doğum günü münasibətilə təbrik edirik

0
1638

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, iş adamı Elçin Carçıyevin doğum günüdür. Onun 60 yaşı tamam olur.

Həyatda elə yaşamaq lazımdır ki, geriyə baxanda utanmayasan.  El-oba, Vətən  sevgisi olan insanlar geriyə baxanda hər zaman qürur duyurlar. Onlar üçün bir amal var: Vətənə layiq övlad olmaq mənim ən müqəddəs borcumdur!

Belə insanlardan biri də bizim həmyerlimiz  Elçin Carçıyevdir.

Elçin Carçıyev daim xeyriyyəçilik işləri ilə məşğul olub. Son bir ildə ölkəmizdə koronavirus pandemiyasının yayıldığı bir vaxtda “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədovun Prezident İlham Əliyevin çağırışından sonra iş adamlarına, imkanlı şəxslərə ünvanlı müraciətinə dəstək olaraq Qazax mahalında ehtiyacı olan onlarca ailənin köməyinə çatan Elçin Carçıyev onlara madddi və mənəvi dəstək olub. Belə ki, Elçin Carçıyev Qazax rayonunda 286 şəhid ailəsi daxil olmaqla 400 ailəyə yardım göndərib. Bundan əlavə Ağstafa rayonunda da bir neçə həssas təbəqədən olan aztəminatlı ailəyə yardım edib. Həmçinin Qusar rayonunda şəhid ailələrinə, müharibə veteranlarına, kimsəsiz insanlara (100 ailəyə) yardım edib.

Bundan başqa 44 günlük Vətən müharibəsi dövründə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, şərəfli insan Elçin Carçıyev müsəlləh əsgər olaraq bütün varlığı ilə Ali Baş Komandanın siyasətinə sədaqətini nümayiş etirərək döyüşən orduya, yaralılara və şəhid ailələrinə maddi, mənəvi dəstək oldu. Cəbhə üçün zəruri olan ərzaq yardımı, yanacaq, dezinfeksiya məhlulları, dərman vasitələri göndərərək öz müqəddəs missiyasını icra etmişdir. Bu xeyriyyəçilik əməllərini bu gün də şərəflə davam etdirir.

Həmçinin Elçin Carçıyev Qazax və Ağstafa rayonları üzrə şəhid olmuş qəhrəmanlarımıza aid sənədli televiziya filmlərinin çəkilməsinin bütün maliyyə xərclərini öz üzərinə götürmüşdür. Ölməz qəhrəmanlarımıza həsr edilmiş bu filmlər isə pulsuz olaraq rayon məktəblərinə hədiyyə ediləcək.

“Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində yaxından iştirak etdiyinə görə Elçin Carçıyev Birliyin İdarə Heyətinin qərarı ilə “Fəxri diplom”la təltif olunub.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, polkovnik Namiq İsmayılov, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Ramiz Göyüşov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Elçin Carçıyevi doğum günü ilə əlaqədar ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayır və bütün işlərində uğurlar diləyirlər.

Elçin müəllim, sizinlə fəxr edirik!

P.S. Elçin Murtuz oğlu Carçıyev 26 may 1961-ci ildə Qazax rayonunda ziyalı ailəsində dünyaya göz açıb. 1985-ci ldə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1985-ci ildən 1989-cu ilə kimi Qazax rayon Komsomol komitəsində Kənd Təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. 1989-1991-ci ildə Prezident Yanında İdarəetməçilik İnstitutunda ikinci ali təhsil alıb. 1991-1994-cü illərdə Sərhəd Assosasiyasının Prezidenti  olmuşdur. 1994-1997-ci ildə Dövlət Gömrük Komitəsində çalışıb.

1997-ci ildən Elçin Carçıyevin rəhbərliyi ilə yaradılan “CARÇIOGLU GROUP” MMC hər zaman xalqın xidmətində dayanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here