Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Puşkin Əhmədovun 65 yaşı tamam olur

0
1017

İyun ayının 15-də “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, iş adamı, xeyriyyəçi Puşkin Əhmədovun doğum günüdür. Onun 65 illik yubileyidir.

Həyatda elə yaşamaq lazımdır ki, geriyə baxanda yaşadığın ömürlə fəxr edəsən. Belə insanlar üçün bir amal var: Vətənə layiq övlad olmaq mənim ən müqəddəs borcumdur!
Belə insanlardan biri də hər kəsin böyük hğrmətlə sevdiyi Puşkin Əhmədovdur.
Puşkin müəllim hər zaman xeyriyyəçilik işləri ilə məşğul olub. Koronavirus pandemiyasının yayıldığı vaxtlarda “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədovun Prezident İlham Əliyevin çağırışından sonra iş adamlarına, imkanlı şəxslərə ünvanlı müraciətinə dəstək olaraq Qazax mahalında ehtiyacı olan onlarca ailənin köməyinə çatan Puşkin Əhmədov onlara madddi və mənəvi dəstək olub. Bundan əlavə Ağstafa rayonunda da bir neçə həssas təbəqədən olan aztəminatlı ailəyə yardım edib.
Bundan başqa 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanın siyasətinə sədaqətini nümayiş etirərək döyüşən orduya, yaralılara və şəhid ailələrinə maddi, mənəvi dəstək olmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində yaxından iştirak etdiyinə görə Puşkin Əhmədov Birliyin İdarə Heyətinin qərarı ilə “General Əliağa Şıxlınski Dimpomu” ilə təltif olunub.

Xeyriyyəçilik əməllərini bu gün də şərəflə davam etdirən Puşkin Əhmədov anadan olmasının 65 illik yubileyi münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə “Səməd Vurğun adına Diplom”la təltif edilmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, polkovnik Namiq İsmayılov, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Ramiz Göyüşov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Puşkin Əhmədovu doğum günü, 65 illik yubileyi ilə əlaqədar ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayır və bütün işlərində uğurlar diləyirlər.

Puşkin müəllim, biz sizinlə fəxr edirik!

P.S. Əhmədov Puşkin Kəmaləddin oğlu 1956-cı ildə Ağstafa rayonunda ziyalı ailəsində anadan olub. 1963-cü ildə Ağstafa rayon 24 saylı dəmir yolu məktəbinə getmiş və 1973-cü ildə həmin orta məktəbi bitirmişdir.
1975-1977-ci illərdə sovet ordusu sıralarında qullaq edib. Əsgəri xidmətini başa vurduqdan sonra 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub.
İnstitutu bitirdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin SSRİ Nazilər Sovetinin I müavini işlədiyi dövrdə “Azərbaycan Tümen” inşaat briqadasında baş iş icraçısı kimi Rusiyanın Tümen vilayətinin Koqalım şəhərində bir neçə mikrorayonların salınmasında yaxından iştirak edib. (Həmin briqadada həmkarlar ittifaqı təşkilatının sədri və partiya sədrinin müavini olub). 1990-cı ildə yüz minlərlə soydaşımızın erməni təcavüzündən yaxa qurtarıb Bakıya pənah gətirməsi, 20 Yanvar hadisələri Azərbaycan Nazirlər Sovetinin qərarı ilə həmin briqada ləğv olundu və briqada altı ildən sonra geri çağırıldı.
Bakıya qayıtdıqdan sonra P.Əhmədov “Bakı Baş Tikinti İdarəsi” sistemində şöbə müdürü vəzifəsində çalışmışdır.
1993-cü ildə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “Anar” firmasını təsis etmiş, kommersiya fəaliyyəti ilə yanaşı daima xeyriyyəçilik işləri ilə də məşğul olmuşdur. 1993-cü ildə milli ordu və məcburi köçkünlərə Qazax xeyriyyə cəmiyyətinin xətti ilə iri məbləğdə pul vəsaiti, texnika üçün ehtiyyat hissələri və s. kimi yardımları olmuşdur.Həmçinin Azərbaycan Təhsil işçiləri və tələbələri xeyriyyə fondunun sədr müavini işləmişdir. İşlədiyi dövrdə maarifçiliyin inkişafında, Azərbaycanda fasiləsiz təhsil sisteminin həyata keçirilməsində daima çalışmışdır. Bu fondun bəzi rayonlarda məskunlaşmış qaçqın uşaqlarına köməklik göstərmiş və onlarla tələbələrin illik təhsil haqqı ödənilmişdir.
2001-ci ildə “Səma-3” Mənzil Tikinti kooperativi təsis etmişdir. Bakı və Gəncə şəhərlərində yüksək mərtəbəli binalar tikmişdir.
Ölkəmizdən kənarda Özbəkistan Respublikasının paytaxtı Daşkənt şəhərində tikdiyi “Puşkin Evləri” (Пушкинские Дома) yaşayış kompleksi yerli sakinlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Bundan əlavə “Iron İnşaat” MMC-ni təsis etmiş hal- hazırda yüksək mərtəbəli yaşayış binaları tikir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı, altı nəvəsi var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here