44 günlük Vətən müharibəsində 25 yaşında şəhidlik zirvəsinə ucalan tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun doğum günündə Qazax şəhərinin mərkəzində, Rayon Mərkəzi Xəstəxanasının qarşısında adını əbədiləşdirən bulaq-abidə kompleksinin və yaşadığı evin önündə barelyefinin açılışı olub.

Açılış tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim İlham Pirməmmədov, birliyin üzvlərindən Həsrət Pirməmmədov, Zaməddin Ziyadoğlu, TƏBİB-in əməkaşları Kəmalə Ağayeva, Fatma Sönmeziç, Rəna Hüseynova, Rövşən Tahir, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Rayon Mərkəzi Xəstəxanasının həkimləri, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, şəhidimizin vaxtilə təhsil aldığı məktəbin müəllim və şagirdləri, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin üzvləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, şəhidimizin döyüş yoldaşları, tələbə yoldaşları, ailə üzvləri, yaxınları, doğmaları, rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə igid Vətən oğlunun şəhər qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Qəhrəman şəhidimizin xalqımızın və qazaxlıların qəlbində əbədi yaşayacağı vurğulanıb.

Sonra Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında şəhdimizin adına tikilmiş bulaq-abidə kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizin məzarı başında və bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək Adil Əfəndiyev kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Adilin xatirəsinin daim əziz tutulacağını bildirib. İcra başçısı 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın, eləcə də Adilin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu vurğulayıb.

25 yaşında Şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidimizin döyüş meydanında göstərdiyi fədakarlıqdan danışan icra başçısı Adilin qısa ömrünə yüz illərin qəhrəmanlığını sığdırdığını bildirib. Hər kəsə nümunə olacaq qəhrəmanlığı ilə adını tarixə yazdırdığını söyləyib. Rayon rəhbəri onun bu şücaətinin dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, Adil Əfəndiyevin ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmasını şəhidimizə verilən ən böyük dəyər kimi qiymətləndirib.           

Rayon rəhbəri şəhidin adına tikilmiş bulaq-abidə kompleksinin inşa olunaraq sakinlərin istifadəsinə verilməsini şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulaqların inşa olunmasında əsas məqsəd şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olur.

“Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Şəhidimizin ailəsi bizim hər birimizin ailəsi, ailə üzvü, doğmasıdır. Bu gün mən də özümə borc bildim ki, şəhidimizin xatirəsinə tikilən bu bulağın açılışında iştirak edim” – deyən icra başçısı şəhidimizin hər zaman hörmət və ehtiramla anılacağını bir daha dilə gətirib.

Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışan icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim İlham Pirməmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tez zamanda şəfa tapmalarını arzulayıb. Öz başlanğıcını 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərindən götürən 44 günlük Vətən müharibəsindən söz açan İ.Pirməmmədov həmin müharibədə hər günün xüsusilə hesablandığını, bütün döyüş planlarının şəxsən ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən icra edildiyini qeyd edib. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun 44 gün davam edən savaşda Qələbə qazanacağının, tarixi zəfərin bizim olacağı günün hər kəsə gün kimi aydın olduğunu söyləyib. 44 günlük Vətən müharibəsində torpaq uğrunda canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin sayəsində böyük Qələbənin əldə olunduğunu bildirib. Tarixi qalibiyyətimizə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, Adil Əfəndiyev kimi oğullarımıza borclu olduğumuzu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından söz açan İ.Pirməmmədov həmin qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən olduğu kimi icra edildiyini qeyd edərək bunu yüksək qiymətləndirib.

Tədbirdə iştirak edən qonaqlardan TƏBİB-də stasionar tibbi xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova, Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Xasay Balayev, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal və digərləri çıxış edərək dərək 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəni şəhidlərimizin canı, qanı bahasına qazandığımızı bildirərək, Adil kimi oğullar oğullar böyüdən şəhid atalarının, analarının hər birimizin əzizi, doğması olduğunu söyləyiblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here