Köçəsgər kəndində Şəhidlər Bulağı abidə-kompleksi əsaslı yenidən qurulub

0
809

Ağstafa rayonunun Köçəsgər kəndinin mərkəzində yerləşən Şəhidlər Bulağı abidə-kompleksi əsaslı yenidən qurularaq istifadəyə verilib.  Xatirə kompleksində 1 nəfər 20 Yanvar,  9 nəfər 1-ci Qarabağ müharibəsi, 1 nəfər Tovuz döyüşləri və 1 nəfər Vətən müharibəsi şəhidimizin adları əbədiləşdirilib. Şəhidlərimizin xatirə lövhələrinin önünə tər qərənfillər düzülüb, əziz xatirələri ehtiramla anılıb.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, qazilər, müharibə veteranları, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here