Qazax mahalına ağır itki üz vermişdir.
“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, ölkənin tanınmış mühəndisi Qaravəliyev Ralis Əkrəm oğlu 15 sentyabr 2021-ci il tarixində uzun sürən ağır xəstəlikdən sonra Bakı şəhərində dünyasını dəyişmişdir.
Ralis Qaravəliyev 1990-cı illərdə “Qazax” Xeyriyyə Cəmiyyəti yarandığı ilk gündən cəmiyyətin fəaliyyətində birbaşa yaxından iştirak etmiş, ağır günlərdə el ağsaqqalları ilə birgə Qazax və Ağstafanın sərhəd kəndlərinə getmiş, döyüşən əsgərlərlə səngərdə görüşərək onlara həm maddi, həm də mənəvi dəstək olmuşdur.
Xeyriyyəçilik əməlləri ilə daim el-obasının imkansız insanlarına dəstək olar, onların problemlərinin həllində yaxından köməklik göstərərdi.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, polkovnik Namiq İsmayılov, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Ramiz Göyüşov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Cabbar Bayramov, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Ralis Qaravəliyevin vəfatı ilə əlaqədar ailə üzvlərinə, yaxınlarına və Qazax mahalının sakinlərinə dərin hüznlə başsağlığı verir, bu ağır günlərdə onlara səbr, təmkin, dözüm diləyirlər.
Allah rəhmət etsin.
P.S. Qaravəliyev Ralis Əkrəm oğlu 11 iyun 1962-ci ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1979-cu ildə Dağ Kəsəmən orta məktəbini və 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (indiki İnşaaat və Memarlıq Universiteti) bitirmişdir.
1989-90-cı illərdə Minsk şəhərində, SSRİ Qaz Sənayesi Nazirliyi nəzdində xüsusi ixtisas kursu keçmişdir. Avtomobil mühərriklərinin maye qazla işlənməsi üzrə ölkədə aparıcı mütəxəssis sayılırdı.
1985-ci ildən 2006-cı ilin dekabrına qədər neft və qaz sənayesi sahəsində müxtəlif vəzifələrdə, daha sonralar özəl müəssisə rəhbəri kimi çalışmışdır.
“Qazax” Xeyriyyə Cəmiyyətinin İdarə Heyyətinin üzvü idi.
Ailəli idi. Üç övladı var.