SSRİ İdman ustası Adil Hüseynov vəfat etmişdir

0
2305

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, SSRİ İdman ustası Adil Həmid oğlu Hüseynov vəfat etmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, polkovnik Namiq İsmayılov, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Əməkdar həkim Şərif Şahməmmədov, Ramiz Göyüşov, professor Rüstəm Kamal, Əməkdar bədən tərbiyəsi və idman xadimi Ramiz Tağıyev, polkovnik Eldəniz Namazov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən müharibəsi qəhrəmanı kapitan Nicat Bədəlov, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Cabbar Bayramov, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Adil Hüseynovun vəfatı ilə əlaqədar ailə üzvlərinə, yaxınlarına və Qazax mahalının sakinlərinə dərin hüznlə başsağlığı verir, bu ağır günlərdə onlara səbr, təmkin, dözüm diləyirlər.

Allah rəhmət etsin.

P. S. Adil Hüseynov 3 oktyabr 1943-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 1961-ci ildə İkinci Şıxlı kənd orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə qəbul olub. O, həm də sərbəst güləşlə məşğul olmuş, dəfələrlə Azərbaycan çempionu, iki dəfə SSRİ Gənclər arasında keçirilən yarışda 1-ci yeri tutmuşdur. Hərbi xidmət etdiyi dövrdə Ukraynada Hərbçilər arasında keçirilən yarışda 1-ci yeri tutmuşdur. “2 saylı Evtikmə Kombinatı”nda sex rəisi vəzifəsində çalışmışdır. Xalq yazıçısı Mehdi Hüseynin yaxın qohumu olan Adil Hüseynov həm də qeyri-adi yaddaşa malik idi. Yaxından tanıyanlar ona “Ensiklopedik biliyə malik insan”, – deyə müraciət edirdilər.
Ailəli idi. 4 övladı var.
Allah rəhmət etsin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here