Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının doğum günüdür

0
1607

Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü Elçin İsmayıl oğlu Şıxlının doğum günüdür. Onun 64 yaşı tamam olur.

Azərbaycan jurnalistikasının inkişafında özünəməxsus yeri və nüfuzu olan Elçin Şıxlı Azərbaycan mediasına hər zaman müasirlik, yenilik gətirən bir navatordur. Onun dərin savadı, yüksək mədəniyyəti, jutnalist etikası hər zaman peşəsi ilə şəxsiyyəti arasında bir vəhdət təşkil edərək, müasirləri arasında onu fərqləndirmişdir. Elçin Şıxlı hansı işdə işləməsindən asılı olmayaraq, həmişə ədaləti, insanlığı, məğrurluğu, millət və vətən sevgisini öndə qalxan tutmuşdur.

Xalq yazıçısı İsmayıl Şıxlının yadigarı olan Elçin Şıxlı daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir insandır.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar həkim Şərif Şahməmmədov, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, polis polkovniki Namiq İsmayılov, polis polkovnik-leytenantı Kamal Axundov, Ramiz Göyüşov, Rövşən Babanlı, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlını doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayır və bütün işlərində uğurlar diləyirlər.

Elçin müəllim, biz sizinlə fəxr edirik!

P.S. Elçin İsmayıl oğlu Şıxlı 4 oktyabr 1957–ci ildə Bakı şəhərində anadan olmuşdur.

1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir.

1974-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir.

1979-cu ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir.

1979-1981-ci illərdə Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusunda hərbi xidmət keçmiş və hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir.

1981-ci ilin iyul-avqust aylarında “İnturist” ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir.

1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur.

1986-1988-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir.

1988-1989-cu illərdə V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olmuşdur.

1989-1990-cı illərdə “Azəpbaycan Kommunisti” – “Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi kimi çalışmıdır.

1990- 1998-ci illərdə “Ayna”-“Zerkalo” qəzetləri redaksiyasında baş redaktor müavini, 1999-2001-ci illərdə “Ayna Mətbu Evi” şirkətinin prezidenti vəzifələrində çalışmışdır.

2001-2014-cü illərdə “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru olmuşdur.

2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edib.

Evlidir. İki övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here