P.S. Kapitan Bədəlov Nicad Mehman oğlu 12 dekabr 1989-cu ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olub. 1996-cı ildə Bala Çaylı kəndində birinci sinfə daxil olub. 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Elə həmin il DİN-nin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayır. 2009-cu il iyul ayının biri həqiqi hərbi xidməti bitirən Nicad Bədəlov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi ordu sıralarında işləmək üçün DİN-nin Daxili Qoşunlarına ərizə ilə müraciət edir. Elə həmin ildən DİN-nin Daxili Qoşunlarında MAHHXHQ kimi qulluğa başlayır. 2010-cu ilin Sentyabr ayında DİN-nin Daxili Qoşunlarının Orta İxtisas Hərbi Məktəbinə qəbul olub. 2012-ci ildə həmin məktəbi bitirib və DİN-nin Daxili Qoşunlarının “N” saylı Hərbi Hissəsinin Xüsusi Təyinatlı dəstəsində xidmətə başlayıb.
Vətən Müharibəsi başlayan ilk gündən döyüşə atılan kapitan Nicad Bədəlov Şuşaya Qalib zabit kimi daxil olur. Onun keçdiyi şərəfli döyüş yolu gələcək nəsillərə örnəkdir.
Nicad Bədəlov Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunub.
Qəhrəman eloğlumuzu siz də tanıyın.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here