Bu gün tanınmış publisist İbrahim Nəbioğlunun 60 yaşı tamam olur

0
905

Bu gün tanınmış jurnalist, yazar, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006), Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Təmsilçisi, Fövqəladə və səlahiyyətli elçi, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəxri üzvü İbrahim Nəbioğlunun doğum günüdür. Onun 60 yaşı tamam olur.
Uzun illərdən bəri Türkiyədə yaşayan İbrahim Nəbioğlu mütamadi olaraq Bakıya, Qazağa səfərləri zamanı hər zaman “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri ilə görüşür və onlarla sıx ünsiyyətdə olub.

Onun atası texnika elmləri doktoru, professor Yaqubov Nəbi İbrahim oğlu 1933-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1970-1990-cı illərdə Neft və Kimya İnstitutunun (indiki Neft Sənaye Universiteti) “Nəzəri mexanika” kafedrasının müdiri olmuşdur. Nəbi müəllimin rəhbərliyi altında onlarca alim və mütəxəssis yetişmişdir.

Həmçinin Nəbi müəllim 1991-ci ildə “Qazax” Xeyriyyə Cəmiyyətinin yaradıldığı gündən onun fəaliyyətində yaxından iştirak etmişdir. Xalq yazıçısı İsmayıl Şıxlı ilə yaxın dostluğu olmuşdur.

İbrahim Nəbioğlu olduqca milli düşüncəli, el-oba təəssübü çəkən bir ziyalıdır. O, həmişə Azərbaycanla bağlı baş verən hadisələrə milli maraqlar daxilində çevik reaksiya vermişdir. Pandemiya və 44 günlük Vətən müharibəsi dönəmində “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən xeyriyyə işləri ilə bağlı öz müsbət münasibətini bildirmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar həkim Şərif Şahməmmədov, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, polis polkovniki Namiq İsmayılov, polis polkovnik-leytenantı Kamal Axundov, Ramiz Göyüşov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, Solmaz Kosayeva, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Aşıq Şaiq, Aşıq Avdı, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından İbrahim Nəbioğlunu doğum günü, 60 illik yubileyi ilə əlaqədar təbrik edir, ona uzun ömür və can sağlığı arzu edirlər.
İBRAHİM MÜƏLLİM, BİZ SİZİNLƏ FƏXR EDİRİK!

P.S. İbrahim Nəbioğlu 1961-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub. 1968-ci ildə Bakıdakı 159 N-li məktəbin 1-ci sinfinə getmişdir. 1978-ci ildə 45 N-li orta məktəbdən məzun olmuş və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdur. 1983-cü ildə həmin institutu “Mühəndis-riyaziyyatçı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlamışdır. 1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olmuşdur. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990–1991-ci illərdə Türkiyənin “Milliyət”, “Zaman” və b. qəzetlərində çap olunmağa başlamışdır. 1991-ci ildə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək TV kanalını qurmuş və onun Baş direktoru vəzifəsində çalışmışdır.

1993–2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi olub. Bununla bərabər 1994-cü ildən BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq da fəaliyyət göstərmişdir.

1994–1997-ci illərdə “Avrasıya”, 1997–2001-ci illərdə isə “Panorama” qəzetlərinin köşə yazarı olmuş, “Zerkalo”, “Ayna”, “Şərq” qəzetləri, 2017-ci ildən isə Ayna TV ilə əməkdaşlıq etmişdir.

Yerli və xarici mətbuatda yüzlərlə məqalənin müəllifi, 20-dən çox sənədli filmin senari müəllifi və redaktoru olmuşdur.

2003-cü ilin mart ayından Heydər Əliyevin fərmanı ilə Azərbaycanın İstanbuldakı Baş Konsulu vəzifəsinə təyin edilmişdir.

2004-cü ildən isə paralel olaraq Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur.

2006–2015-ci illərdə mərkəzi İstanbulda olan özəl şirkətdə vitse-prezident olaraq çalışmışdır.

2015–2019-cu illərdə özəl şirkətdə müşavir çalışmışdır.

1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Evlidir, 3 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here