Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan əsgər və zabitinin 44 günlük Vətən müharibəsində qazandığı əzəmətli Zəfərdən sonra elm cəbhəsində də alimlərimizin uğurlu nailiyyətlər qazanmasına şahidlik etmək çox sevindirici və qürurverici haldır. Belə ki, Azərbaycanlı elm adamlarının adları Hollandiyanın elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış “Elsevier” nəşriyyat şirkəti tərəfindən dərc edilən “Dünyanın ən nüfuzlu alimləri”nin son siyahısına daxil edilib. Siyahı ABŞ-ın Stenford Universitetinin alimləri tərəfindən tərtib olunub.
AZƏRTAC xəbər verir ki, “Karyera boyu təsir” və “İllik təsir” kateqoriyaları üzrə hazırlanan siyahıda alimlərin ixtisaslı nəşrlərinin sayı, bu məqalələrin dərc olunduğu mətbu orqanın dünyada vacibliyi, alimlər tərəfindən alınan patentlərin miqdarı kimi bir çox amillər əsas götürülübdür.
İlk dəfə olaraq öz sahəsində dünyanın ən nüfuzlu 100 alimi sırasına həmyerlimiz, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdulla Sofiyevin (Avey) adı daxil edilib. Qeyd edək ki, professor Abdulla Sofiyev (Avey) əslən Qazax rayonunun Daş Salahlı kəndindəndir və “Qazax” Xeyriyyə İctimai Birliyinin fəxri üzvüdür. İstanbul Texniki Universitetinin professoru Çingiz Hacıyevin adı isə siyahıda ən nüfuzlu 500 alim sırasında yer alır.Siyahının “Karyera boyu təsir” hissəsində qiymətləndirilənlər sırasına Abdulla Sofiyev və Çingiz Hacıyevlə yanaşı, Təhmasib Əliyev (Türkiyənin Orta Doğu Texniki Universiteti), Əlikram Əliyev (Yüzyıl Universiteti), Hüseyn Hüseynov (Atılım Universiteti), Surxay Əkbərov (Yıldız Texniki Universiteti) olmaqla qardaş ölkədə fəaliyyət göstərən altı azərbaycanlı professorun adı daxil edilib. Ümumilikdə 186 min 177 nəfərin adının yer aldığı bölüm dünya alimlərinin karyeralarının təhlili və son beş il ərzində onlar tərəfindən nəşr olunan əsərlərin dünyada təsirini özündə əks etdirir.Siyahının “İllik təsir” kateqoriyasında da Abdulla Sofiyev, Təhmasib Əliyev, Çingiz Hacıyev, həmçinin qardaş ölkənin Bilkənt Universitetinin dosenti Seymur Cahangirov, Orta Doğu Texniki Universitetinin professoru Nizami Həsənli və İstanbul Texniki Universitetinin professoru Elimxan Mahmudov olmaqla altı həmvətənimizin adı yer alır.
Bu bölümdə dünya üzrə ümumilikdə 190 min 63 elm adamının öz sahəsi üzrə fəaliyyəti qiymətləndirilibdir.
Həmyerlimiz Abdulla Avey 2005-ci ildǝn Süleyman Dǝmirǝl Universitetinin professoru vǝ İnşaat Mühǝndisliyi Bölümü Mexanika kafedrasının müdiri vǝsifǝsindǝ işlǝyir.Professor, riyaziyyat-mexanika ixtisası üzrə dünyada tanınmış alim Abdulla Avey 2020-ci il üzrə “Plos Biologiya” adlı elmi jurnalında dərc olunan siyahıda dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib. Seçim elmi məqalələrin və məqalələrə istinadların sayına görə və digər elmmetrik parametrlərə görə həyata keçirilmişdir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının insanları adından həmyerlimiz professor Abdulla Aveyi həm 2020-ci həm də 2021-ci ildə dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilməsi münasibətilə təbrik edir, ona elmi fəaliyyətində və şəxsi həyatında uğurlar arzu edir.Abdulla müəllim, biz sizinlə fəxr edirik!
P.S. Abdulla Heydǝr oğlu Sofiyev 1 iyul 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kǝndindǝ anadan olmuşdur. Orta mǝktǝbi Daş Salahlı kǝndindǝ oxumuş vǝ Azǝrbaycan Pedaqoji İnstitutunun “Riyaziyyat” fakültǝsini bitirmişdir. 1985-1996-cı illǝrdǝ Azǝrbaycan Texniki Universitetinin “Nǝzǝri Mexanika” kafedrasının aspirantı, assistenti, baş müǝllimi vǝ dosenti vǝsifǝlǝrindǝ işlǝmişdir. 1996-2005-ci illǝrdǝ Türkiyǝ Cumhuriyyǝti Ondoqquz Mayıs vǝ Süleyman Dǝmirǝl Universitetlǝrinin İnşaat Mühǝndisliyi Bölümü Mexanika kafedrasında dosent vǝzifǝsindǝ işlǝmişdir.
2007-ci ildǝn Nəzəri vǝ Tǝtbiqi Mexanika Türk Milli Komitǝsinin Üzvü vǝ 2016-cı ildǝn Nəzəri vǝ Tǝtbiqi Mexanika Türk Milli Komitǝsinin Sǝdr Müavini seçilmiş və hal-hazırda bu vǝzifǝsini davam etdirir.
2009 vǝ 2014-cü illǝrdǝ Süleyman Dǝmirǝl Universitetindǝ Texnika sahǝsindǝ “Bilim Texnologiya” Birinci Mükafatlarına layiq görülmüşdür.
2014-cü ildǝ mötǝbǝr Beynǝlxalq Jurnalların (SCI) ǝn yaxşı 10 referenti arasında yer almışdır.
2003 vǝ 2004-cü illǝrdǝ dünyada ilk dǝfǝ funksional dǝrǝcǝlǝnmiş materiallardan hazırlanmış silindr vǝ konus şǝklindǝki örtüklǝrin dinamik stabilitǝ probleminin hǝllinǝ nail olmuşdur.
2006 və 2014-ci illǝrdǝ fǝrqli nǝzǝriyyǝlǝrdǝn istifadǝ edǝrǝk yeni nǝsil kompozitlǝrdǝn hazırlanmış tabakalı vǝ sendviç örtüklǝrin bütöv mühitdǝ stabilitǝ vǝ titrǝşim problemlǝrinin hǝll yolunu tapmışdır. Bu nǝticǝlǝr peyklǝrdǝ, roketlǝrdǝ, kosmik gǝmilǝrdǝ vǝ atom reaktorlarında geniş istifadǝ edilmǝkdǝdir.
2018-ci ildǝn başlayaraq müasir texnikanın xüsusi ilǝ dǝ müdafiǝ sǝnayesinin ǝn öndǝ problemlǝrindǝn biri olan nanokompozit materyallardan hazırlanmış çoxtəbəqəli konstruksiyaların xǝtti olmayan stabilitǝ vǝ titrǝşim mǝsǝlǝlǝrinin müxtǝlif mühitlǝrdǝ hǝllinǝ nail olmuşdur.
2019 ve 2020-ci illǝrdǝ Stenford Universitetinin tǝrtib etdiyi dünyanın ǝn nüfuzlu elm adamları siyahısına daxil edilmiş vǝ öz elm sahǝsindǝ dünyanın ǝn nüfuzlu 100 elm adamı siyahasında yer almışdır. Prof. Abdulla Sofiyevin nanokompozit vǝ funksional materiallardan hazırlanan konstruksiyaların davranışları haqqında fundamental araşdırmaları davam edir vǝ o, dünyada aparıcı elm adamlarından biridir.
250 dǝn çox fundamental elmi mǝqalǝnin müǝllifidir. Bu mǝqalǝlǝrdǝn 150 dǝn çoxu mötǝbǝr Beynǝlxalq (SCI) Jurnallarda çap edilmişdir. Prof. Abdulla Sofiyevin fərdi bir alim üçün istifadə edilən, məqalələrin həm məhsuldarlığına həm də sitat təsirinə görə müəllifin səviyyəsini ölçən elmmetrik parametrə olan “h”-indeksi çox yüksək olub – 38-dir. Bir çox xarici ölkǝdǝ Beynǝlxalq Konfransların plenar içlaslarında çıxış etmiş vǝ seminarlar vermişdir.
50 dǝn çox Beynǝlxalq (SCI) Mexanika, Riyaziyyat ve Mühǝndislik jurnallarında referentlik etmǝkdǝdir. Bir neçǝ mötǝbǝr Beynǝlxalq Mexanika jurnallarının redaksiya heyǝtinin üzvüdür. Dǝfǝlǝrlǝ Beynǝlxalq Konqreslǝrin Tǝşkilat Komitǝsinǝ vǝ Elmi Komitǝsinǝ üzv seçilmişdir.Elmi rǝhbǝrliyi altında 12 magistr vǝ 5 Doktor yetişmişdir.Türkiyǝnin bir neçǝ Universitetindǝ vǝ Almanya Karlsruhe Universiteti Texniki Mexanika İnstitutunda elmi proyektlǝrdǝ iştirak vǝ rǝhbǝrlik etmiş, “Türkiye Bilimsel vǝ Teknolojik Araştırma Kurumu”, qısaca TÜBİTAK Proyektlǝri vǝ NATO dǝstǝkli layihələrə rǝhbǝrlik etmişdir.
2005-2017-ci illǝrdǝ Almanya Karlsruhe Universitetində dǝvǝtli professor olaraq araşdırmalar aparmışdır.Əsǝrlǝrinǝ mötǝbǝr xarici jurnallarda 4000-dǝn çox sitat verilmişdir. Beynǝlxalq jurnallarda çap olunan mǝqalǝlǝrinǝ görǝ “Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu”undan 130 dan çox mükafat almışdır.