Arzu Daşdəmirovu “Əməkdar müəllim” fəxri adı ilə təltif edilməsi münasibətilə təbrik edirik

0
1547

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirova “Əməkdar müəllim” fəxri adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları adından dosent Arzu Daşdəmirovu “Əməkdar müəllim” fəxri adı alması münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və elmi işlərində uğurlar diləyir.

P.S. Arzu Oruc oğlu Daşdəmirov 1967-cı il mart ayının 7-də Qazax rayonunun Xanlıqlar (Musaköy) kəndındə anadan  olub.

1984-cü ildə Xanlıqlar kənd orta məktəbini əla qiymətlərlə bitirib Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub.

1992-ci ildə universitetin Fizika fakültəsini müvəffəqiyyətlə bitirmiş və təyinatla “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının baş laborantı vəzifəsinə təyin edilmişdir.

BDU Komsomol komitəsi katibinin müavini, katibi olmuş, 1992-ci ildə isə respublikada ilk gənclər təşkilatı olan BDU Tələbə Gənclər Assosiasiyası yaratmış və onun sədri seçilmişdir.

1995-ci ildə BDU-nun aspiranturasına daxil olmuş, 1997-ci ildə Bakı Dövlət Universitetində «KI və NaCl molekullarinin çətinəriyən metallarin (Ir, Re) üzərində səthi ionlaşması» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 01.04.07 – Bərk cisim fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetində 2211.01 – Bərk cisim fizikası ixtisası üzrə elmlər doktoru proqramı üzrə “Ümumi fizika” kafedrasının dissertantı olmuşdur.

      1996-ci ildən “Ümumi fizika və fizikanın tədrisi metodikası“ kafedrasında saathesabı müəllim kimi fəaliyyətiə başlamış və 2003-cü ildən kafedranın müəllimi seçilmişdir. 2008-2016-cı illərdə Fizika fakültəsi Elmi Şurasının üzvü olmuşdur.

2012-2016-cı illərdə Azərbaycan Turizm və Menecment Universiteinin “Təbiət elmləri və informasiya texnologiyaları” kafedrasında baş müəllim, dosent əvəzi kimi də fəaliyyət göstərmişdir.

2013-cü ildə BMT-nin UN Framework Convention on Climate Change (UNFCCC), Third National Communication “qlobal iqlim dəyişməsi” subqrupun eksperti kimi fəaliyyət göstərmişdir.

16 oktyabr 2017-ci ildən Fizika fakültəsinin dekanı, həm də “Fizikanın tədrisi metodikası” kafedrasının dosenti seçilmişdir. O, Fizika fakültəsi Elmi Şurasının sədri və ADPU Elmi Şurasının üzvüdür.

100-dən artıq elmi məqalənin (o cümlədən, 26-sı Web of Science (Clarivate Analytics) bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda) 5 kitabın, 3 metodiki vəsaitin, 10 proqramın, 1 ixtiranın müəllifi, 1 dissertant və 8 magistrin elmi rəhbəri olan Arzu Daşdəmirov qrafit monotəbəqəsi ilə örtülmüş bəzi keçid və nadir metalların səthinə yad atomların adsorbsiyası zamanı səth-həcm sərhəddində baş verən fiziki-kimyəvi proseslərin tədqiqi ilə məşğul olur.

 “Web of Science” (“Clarivate Analytics”) bazasına daxil olan “Advanced Physical Research” jurnalının redaksiya heyətinin üzvü, İOP Publishing nəşriyyatının “Nanotechnology” jurnalının rəsmi rəyçisidir. O, həm də Bakt Dövlət Universitetində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasrnın 2211.01- “Bərk cisimlər fizikası” ixtisası üzrə elmi seminarının üzvüdür.

     ADPU-da ilk dəfə innovativ metod olan  “STEAM təhsil metodu”nun tətbiqinin və STEAM laboratoriyasının yaradılmasının təşəbbüskarı olmuş və eksperimantal qruplar yaradaraq bu metodun tətbiqi ilə tədrisin təşkilinə nail olmuşdur. O, ADPU Elmi Şurasının qərarı ilə  yaradılmış  “STEAM  Mərkəzi”nin  rəhbəridir.

Ailəlidir, 1 oğlu və 1 qızı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here