Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Onun 60 yaşı tamam olur.
Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin gərgin və yorulmaz əməyi sayəsində Azərbaycan regionda və dünyada lider dövlətə çevrilmişdir. Ölkəmiz bir-birinin ardınca sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti sayəsində regionda dünya əhəmiyyətli layihələr həyata keçirilərək, Azərbaycan sərmayə yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir. İlham Əliyev müqayisəsiz parlaq simadır, dünya səviyyəli liderdir. Onun xalqı üçün gördüyü işlərin miqyası müqayisiyəgəlməzdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin idarəçilik məharətinin sayəsində yeni-yeni uca zirvələr fəth etməkdədir.
Onun qətiyyətli siyasəti sayəsində Azərbaycan BMT Təhlüksəsizlik Şurasının 15 üzvündən biri olmuşdur. Bir-birinin ardınca Azərbaycanın süni peyklərinin orbitə buraxılması ilə Azərbaycanın adı kosmik ölkələr sırasına daxil olmuşdur. Nəhəng Bakı-Tbilisi-Ərzrum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşasının başa çatdırılması ilə Azərbaycan dünyanın iqtisadi və siyasi səhnəsində sönməz bir ulduz kimi parlamışdır.
Bu gün Prezident cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə qoşa qanad kimi Azərbaycanı zirvələrə ucaldırlar. Azərbaycan mədəniyyətini, Azərbaycan iqtisatiyyatını, Azərbaycan siyasətini daxildə və xaricdə böyük ləyaqət və məhəbbətlə təbliğ edərək xalqımızın qədim keçmişindən bu gününə kimi keçdiyi həyat yolunu dünyaya örnək göstərirlər.
Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri daim Prezident İlham Əliyevin diqqətində olduğundan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin hazırlanaraq təsdiq edilməsi ilə bağlı fərman imzalamışdır. Hazırda bu fərmanın icrasına cənab Prezident özü nəzarət edir.
Bundan başqa cənab İlham Əliyevin ordu quruculuğunda apardığı böyük işlərin, zabit, gizir və əsgərlərin mənəvi-psixoloji ruh yüksəkliyinin bariz nümunəsi tarixə Aprel döyüşləri kimi düşən 2016-cı ilin aprel ayında baş verən müharibədə əyani göründü. Strateji cəhətdən əhəmiyyətli olan Lələtəpə yüksəkliyinin düşməndən geri alınması ilə Azərbaycan əsgəri qalibiyyət qazanaraq sərhədboyu ərazilərimizi düşmən nəzarətindən azad etdi. İşğaldan azad edilən Cocuq Mərcanlı kəndinin Prezidentin göstəriş və nəzarətilə yenidən qurulması dünyaya Azərbaycan reallıqlarının bir daha nümayişi oldu.
27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı qüvvələrinin cəbhəboyu ərazilərimizi ağır artilleriya və raket atəşlərinə tutması ilə Ali Baş Komandan əks-hücum əməliyyatı əmrini verdi. 44 gün ərzində baş verən Vətən müharibəsinin hər günündə neçə-neçə kənd, qəsəbə, şəhər, yüksəklik azad edildi. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs işi uğurla başa çatdıraraq 10 nayabrda düşməni məğlub edərək kapitulyasiya aktına imza atdırdı. Yenilməz, qüdrətli ordunun komandanı müzəffər sərkərdə İlham Əliyev isə xalqın, dövlətin şərəf tarixinə çevrildi. Onun qətiyyəti sayəsində Qarabağ düşməndən azad edildi, vaxtilə Cocuq Mərcanlının azad edilməsi ilə ucalarda dalğalanan üçrəngli cahanşümül bayrağımız artıq Şüşada, Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Xocavəddə dalğalanır.
Dünyanı cənginə alaraq sərhəd tanımadan yayılan koronovirus pandemiyasının Azərbaycanda qısa müddət ərzində nəzarət altına alınması, əhalinin ən son, müasir pandemiya əleyhinə vaksinlərlə təmin edilməsi dövlətin xalqa qayğısının bariz nümunəsi idi ki, bunu da cənab Prezident öz xalqı üçün həyata keçirdi.
Son bir ildə cənab prezidentin Azərbaycan təhsili, elmi və mədəniyyəti ilə bağlı imzaladığı fərman və sərəncamları dövlətimizin daha da güclənməsinə, dünyada Azərbaycanın reytinqinin daha da artmasına səbəb olmuşdur. Gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında qəbul edilən proqram və qanunlar Azərbaycan gəncliyinə dövlət qayğısının və diqqətinin bariz nümunəsidir.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzalanan Sərəncamla ölkəmiz dünya təhsil sisteminə töhfələr verə bilən ölkəyə çevriləcək.
Cənab İlham Əliyevin Qazax mahalına göstərdiyi diqqət və qayğı hər bir qazaxlı və ağstafalının rəğbəti və məhəbbəti ilə qarşılanır. Bu gün Qazax və Ağstafada cənab Prezidentin sərəncamları ilə təyin olunan icra başçıları hörmətli Rəcəb Babaşov və hörmətli Seymur Orucovun bu rayonlarda bir-birinə dəstək olaraq gördükləri böyük quruculuq, abadlıq işləri sayəsində hər iki rayon öz qədimliyini saxlayaraq, dünyanın ən gözəl şəhərlərinə çevrilmişdir.
Doğma Azərbaycanımızın hər yerində olduğu kimi Qazax və Ağstafada da əhalının sosial rifahı günü-gündən yaxşılaşır. Yeni sənaye müəssisələrinin tikilməsi, kənd təsərrüfatı imkanlarının genişləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi ilə bölgədə yeni iş yerlərinin yaradılmasına, əhalinin yaşayışının yaxşılaşdırılmasına nail olunmuşdur. Məhz bütün bu uğurlar cənab Prezidentin diqqət və qayğısının təzahürüdür.
İstər pandemiya dönəmində, istərsə də 44 günlük Vətən müharibəsi dönəmində cənab Prezidentin çağırışlarına həmən dəstək olaraq onun ətrafında dəmir yumruq kimi birləşməyi bacaran “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri istər sosial həssas ailə təbəqəsindən olan insanlara, istərsə də cəbhədə döyüşən əsgərlərə öz xeyirxah əməlləri ilə həm maddi, həm də mənəvi dəstək olaraq Qələbə üçün əlindən gələnləri etmişlər.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, polis polkovniki Namiq İsmayılov, polis polkovnik-leytenantı Kamal Axundov, Ramiz Göyüşov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, Solmaz Kosayeva, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Aşıq Şaiq, Aşıq Avdı, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü – 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.
Dövlətimizin müstəqilliyinin əbədiliyi, ölkəmizin uğurlu gələcəyi naminə qədribilən Azərbaycan xalqına sülh, əminamanlıq və firavanlıq arzulayır.
Əminliklə bildiririk ki, Qazax mahalının bütün ictimai-siyasi xadimləri, ziyalıları, sənətkarları, zəhmətkeş insanları hər addımınızda sizinlə birgə olaraq, Sizin uğurlu siyasətiniz ətrafında yumruq kimi birləşmişik.