Bu gün Azərbaycan ədəbiyyatının böyük örnəyi Vidadı Babanlının doğum günüdür

0
503

Bu gün Azərbaycan ədəbiyyatının böyük öndərlərindən biri, vicdanlı qələmi ilə minlərlə vicdanı oyadan, ədəbiyyatda həm nəsrdə, həm nəzmdə böyük örnəklər yarada bilən şair, yazıçı, tərcüməçi Vidadı Babanlının doğum günüdür. Vidadi müəllim ömrünün kamillik zirvəsinə 95 illik həyat yolunu şərəflə yaşayaraq qədəm qoymuş ziyalımızdır.

Vidadi Babanlı onun oxucularının, eləcə də ədəbi cameənin yaddaşına ustad bir nasir kimi köçüb. Bu da təsadüfi deyil. 70 ildən çox yaradıcılığı dövründə “Gəlin” povestindən başlayaraq “Bulanlıq dünya” povestinədək –  “Ana intiqamı”, “Müqəddəs ocaq”, “Ömürlük əzab”, “Həyat bizi sınayır”, “İnsaf nənə”, “Vicdan susanda” kimi nəsr əsərləri ilə bütöv bir nəsr xəzinəsi yaratmışdır.

Vidadi babanlı 95 yaşında da öz sənətinə sadiqlik nümayiş etirərək Azərbaycan ədəbiyyatı qarşısındakı missiyasını şərəflə yerinə yetirir. Bu yaxınlarda o, “Sabaha ismarıc” adlı bir əsər də yazmışdır.

Vidadi Babanlının oxucuları hər il cavanlaşır, qocalır, kamilləşir, yenidən cavanlaşır, qocalır, kamilləşir. Bundan sonra illər, qərinələr, əsrlər keçəcək Vidadi Babanlının yazdıqları eyni sevgi və şövqlə oxunacaq. Çünki Vidadi Babanlı həyatın özünü yazmışdır. Həyatın reallıqlarını yazmışdır.

2017-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun təşkilatçılığı ilə böyük yazar Vidadi Babanlının 90 illik yubiley mərasimi təntənəli şəkildə həyata keçirilmişdir. Yubiley tədbirində ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, ədəbiyyat və sənət insanları, alim və ziyalıları iştirak edərək Vidadi Babanlının həyat və fəaliyyətindən, yaradıcılığından, ədəbiyyata gətirdiyi yeniliklərdən, töhfələrdən bəhs etmişdilər.

Həmin yubiley tədbirində çəkilmiş bir hissəni dəyərli oxucularımıza, izləyicilərimizə ərmağan edirik.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, polis polkovniki Namiq İsmayılov, polis polkovnik-leytenantı Kamal Axundov, Ramiz Göyüşov, tənqidçi Əsəd Cahangir, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, Solmaz Kosayeva, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Aşıq Şaiq, Aşıq Avdı, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Vidadi Babanlını doğum günü – 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı diləyir.

Biz Sizinlə fəxr edirik, Vidadi müəllim!

Qeyd edək ki, yaxın zamanlarda “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Vidadi babamızın 95 illik yubileyini özünün də iştirakı ilə təntənəli şəkildə qeyd ediləcək!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here