Əməkdar mühəndis Qasım Abdullayevin qardaşı Nuripaşa Abdullayev vəfat etmişdir

0
749

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü, texnika elmləri doktoru, Əməkdar mühəndis Qasım Abdullayevin qardaşı Nuripaşa Abdullayev 29 yanvar 2022-ci ildə 67 yaşında vəfat etmişdir.

Mərhum doğulub boya başa çatdığı Muğanlı kəndində ata-baba qəbiristanlığında torpağa tapşırılıb.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim VəliyevAzərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, Namiq İsmayılov, polis polkovnik-leytenantı Kamal Axundov, Ramiz Göyüşov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, Solmaz Kosayeva, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Aşıq Şaiq, Aşıq Avdı, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Qasım Abdullayevə qardaşı Nuripaşa Abdullayevin vəfat etməsi ilə əlaqədar başsağlığı verir, bu ağır günlərdə Tanrıdan onlara səbr, dözüm, dəyanət diləyirlər.

Allah rəhmət etsin.

P.S. Abdullayev Nuripaşa İsrəfil oğlu, 2 mart 1955-ci ildə Qazax rayonu Muğanlı kəndində ziyalı ailəsində anadan olub.

1961-ci ildə Muğanlı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1971-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinə qəbul olub, 1976-cı ildə Mexanika fakultəsinin tam kursunu bitirib.

1976-cı ildə təyinatla Azərbaycan Dövlət Neft Elmi-Tədqiqat və Layihə İnistutuna Mühəndis vəzifəsinə göndərilib.

1977-ci ildə Gəncə şəhərində Avtomobil Yollarının Xətti-İstismar İdarəsinə Yol ustası vəzifəsinə köçürülüb.

1980-ci ildə həmin İdarədə Baş mühəndis vəzifəsinə keçirilib.

1998-ci ildə Ağstafa şəhəri 68 saylı Yol Sahəsinin rəisi vəzifəsinə təyin edilib.

2003-cü ildə “Gəncə Yol Tikinti-2” ASC iş icraçısı, 2004-cü ildə isə “Gəncə Körpü Tikinti -2” ASC iş icraçısı vəzifəsində çalışıb.

2016-cı ildən ömrünün sonunadək 3 nömrəli Magistral Yolların İstismarı Dövlət Agentliyi MMC-də mühəndis işləyib.

Ailəli idi, 3 övladı, 9 nəvəsi var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here