Tanınmış alim Cavid Səfərov vəfat etmişdir

0
1433

Azərbaycan və dünya elminə ağır itki üz vermişdir.

Almaniyanın Rostok Universitetinin “Texniki Termodinamika” kafedrasının dosenti dr. Cavid Səfərov 27 mart 2022-ci il tarixində səhər saatlarında Rostok şəhərində yaşadığı evdə ürək tutmasından vəfat etmişdir.

1965-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuş Cavid Səfərov 1989-cu ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirərək Mühəndis-mexanik ixtisasına yiyələnib. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayan dr. Cavid Səfərov dünyanın ən məşhur elmi-tədqiqat mərkəzlərində çalışmışdır. O molekulyar fizika və termodinamika sahəsində dünyada tanınmış və əsərlərinə böyük istinad edilən alimlərdən olub. Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq Rostok Universitetində yüksək təzyiq və temperaturlarda mayelərin sıxlığının araşdırılması, mayelərdə qazların həll olması, mayelərin termal və nəql xassələrinin araşdırılması işlərini həyata keçirmək üçün laboratoriya yaratmışdır.

Cavid Səfərov həm də təvazökar, əl tutan alimlərdən idi. O, 2006-ci ildən Almaniyanın Rostok Universitetində fəaliyyətə başlamış və Almaniyada onlarca azərbaycanlı gənc alim və tədqiatçıların yetişdirilməsində müstəsna xidmətlər göstərmişdir. Həmçinin Cavid Səfərov Almaniyada Azərbaycan diasporunun fəaliyyətində ölkəmiz adına əhəmiyyətli işlərin görülməsində yaxından iştirak etmişdir.

Qeyd edək ki, Cavid Səfərovun nəşi Almaniyadan Azərbaycana gətirilərək doğulub boya-başa çatdığı Qazax rayonu Ürkməzli kəndində torpağa tapşırılacaq.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim VəliyevAzərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, Namiq İsmayılov,  Kamal Axundov, Ramiz Göyüşov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, Solmaz Kosayeva, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Aşıq Şaiq, Aşıq Avdı, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri adından Qazax mahalına və Səfərovlar ailəsinə bu ağır itki – Cavid Səfərovun vəfat etməsi ilə əlaqədar başsağlığı verir, bu ağır günlərdə Tanrıdan onlara səbr, dözüm, dəyanət diləyirlər.

Allah rəhmət etsin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here