Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Azərbaycan diasporunun tanınmış simalarından biri, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Şahin Mütvəli oğlu Şıxlinski “Dostluq” ordeni ilə təltif olunsun.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakı ş., 21 aprel 2022-ci il.
Şahin Şıxlinski bu təltifə bütün varlığı ilə haqq etmiş böyük insandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına əsasən Qazax və Ağstafa rayonlarında həssas təbəqədən olan aiələrə yardımlar verilməsi ilə əlaqədar “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun müraciətinə dərhal cavab verən Şahin Şıxlinski maddi və mənəvi dəstək göstərərək el-obasının yanında olduğunu göstərdi.
Həmçinin 44 günlük Vətən müharibəsində də bütün varlığı ilə Qarabağda gedən döyüşlərdə döyüşən əsgərlərimizin yanında oldu. Lazımı məqamlarda ərzaq, isti geyim, zəruri avadanlıqların cəbhəyə göndərilməsində aktiv iştirak edən eloğlumuzun faəliyyəti hamımızın yaddaşındadır.
Şahin müəllim Azərbaycan və Rusiya yüksək nüfuza sahib şəx kimi hər iki dövlət arasında münasibətlərin normal səviyyədə qalmasında da həmişə əlindən gələni etmiş diaspor rəhbəridir.
Rusiyada yaşayan soydaşlarımızın pozulmuş hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Rusiya və Azərbaycan dövlətlərinin siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrinin möhkəmlənməsində Şahin Şıxliniskinin müstəsna xidmətləri var. Şahin Şıxliniski fəal diaspora sədri kimi Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, hüzn günlərinin Rusiyada geniş şəkildə qeyd olunmasını bir missiya kimi həyata keçirir. Şahin Şıxliniski Yekaterinburqda təhsil alan azərbaycanlı gənclərin koordinasiya olunması, bu ölkədə yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən iqtisadi və sosial yönümlü layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir. O, Rusiyada yaşayan azərbaycanlıların övladları üçün xüsusi məktəb açılmasına nail olmuşdur. Bu məktəbdə tədris olunmaq üçün Azərbaycan dili və Azərbaycan tarixi dərsliklərinin göndərilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Həmin vaxtlar Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışan İlham Pirməmmədov bu haqda təhsil naziri Misir Mərdanova məlumat vermiş Şahin Şıxlinskinin müraciəti əsasında həmin dərsliklər və bu fənləri tədris etmək üçün müəllimlər də Yekaterinburqa göndərilmişdir. Məhz İlham Pirməmmədovla Şahin Şıxlinskinin dostluğu da elə həmin vaxtdan – 2005-ci ildən başlamışdır. Həmçinin onun təşəbbüsü ilə ilk dəfə Yekaterinburqdakı ali təhsil müəssisələrində “Azərbaycan guşəsi” yaradılmışdır ki, burada da bu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr üçün Azərbaycan dili, ədəbiyyatı və tarixi haqqında dərslər keçirilir. Bundan başqa o, Yekaterenburq vilayətinin ucqar ərazilərində yaşayan azərbaycanlı şagirdlər üçün də “Şənbə məktəbləri”nin yaradılmasına nail olmuşdur ki, burada da həftənin şənbə günü azərbaycanlı şagirdlərə Azərbaycan dili, ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan mədəniyyəti haqqında dərslər keçirilir.
Şahin Şıxliniskinin fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi şəhərdə Azərbaycana qarşı olan məkirli qüvvələrlə mübarizə, xüsusi ilə ermənilərin yaratdığı yalançı mifi dağıdaraq onların təxribat xarakterli informasiyalarının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, Yekaterinburqda bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyala və xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub. Eyni zamanda, ermənilərin Azərbaycan ərazisində həyata keçirdiyi soyqırımlar, vəhşiliklər barədə tədqiqatlar aparıb, bununla bağlı müəyyən vəsaitlər çap etdirib. Şahin Şıxlinski diaspora fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan xalqının ümummillilideri Heydər Əliyevlə də görüşmüşdur. Ulu öndərin tövsiyyə və məsləhətləri əsasında diaspora fəaliyyətini daha yüksək formada qurmuşdur.
Şahin Şıxliniskinin Azərbaycan naminə göstərdiyi diaspora fəaliyyəti dövlətimiz tərəfindən daim dəstəklənir və qiymətləndirilir. O, 2006-cı il martın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Doğma vətənimiz Azərbaycan naminə diaspora fəaliyyəti yönündə yorulmaq bilmədən çalışan eloğlumuz bu gün də yüksək əzmlə, məmnunluq hissi ilə işlərini davam etdirir.
Həmyerlimiz Şahin Şıxlınski hər zaman qeyd edir ki, hər bir azərbaycanlı öz ölkəsinin kiçik səfiri olmalıdır. Hər yerdə o vətəninin mənafeyini qorumalı, onun inkişafına dəstək olmalıdır. Bunun üçün hər kəsin dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və tariximiz haqqında geniş və əsaslı bilgilərə malik olması vacibdir.
Bundan başqa həmyerlimiz Şahin Şıxlinski “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində aktiv iştirak edir, İctimai Birliyin xətti ilə xeyriyyəçilik işləri görür. Həmçinin xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti ilə bağlı İctimai Birliyin saytında məlumatlar verir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar Jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Rafail İncəyurd, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Şahin Şıxlinskini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzu edirik.
P.S. Şahin Şıxlinski 20 fevral 1966-cı ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur.
1973-1983-cu illərdə II Şıxlı kənd orta məktəbində təhsil almışdır.
1984-1986-cı illərdə Sovet ordusunda xidmət etmişdir.
1986-cı ildə “Sverdlovskqrajdanstroy” trestində calışmış, Komsomol Komitəsinin katibi vəzifəsinə secilmişdir.
1990-1995-ci ildə Ural Dovlət Hüquq Akademiyasında təhsil almışdır. Həmçinin bu Akademiyanın aspiranturasında da təhsil almışdır.
1995-1996-cı ildə “E” İnşaat şirkətində Huquq şobəsinin mudiri vəzifəsində çalışmışdır.
1996-1999-cu illərdə “Prestij-Servis” İstehsalat Kommersiya Firmasının prezidenti olmuşdur.
2004-cu ildə Ümumrusiya Azərbaycan Konqresinin (UAK) Ural Rayon Şurasının sədri, 2004-cu ilin oktyabrında isə konqresin vitse-prezidenti secilmişdir.
2007-ci il martın 10-da Avropa Azərbaycanlıları Konqresinin II qurultayında vitse-prezident təyin olunmuşdur.
Dünya azərbaycanlılarının I və II qurultaylarında nümayəndə, Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin I və II qurultaylarında numayəndə, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü seçilmişdir.
Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür.
Sverdlovsk vilayətinin Qubernatorunun 22 fevral 2008-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası və Sverdlovsk vilayəti arasındakı iqtisadi və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Sverdlovsk vilayətinin Dövlət mükafatı, 2008-ci ilin avqust ayında isə “Yekaterinburq şəhərinin qurulmasının 285 illiyi” medalı ilə təltif olunmuşdur.
2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Ailəlidir. 3 oğlu, 1 qızı var