Bu gün Xalq şairi Hüseyn Arifin 98 yaşı tamam olur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq mərhum Xalq şairi Hüseyn Arifin Ağstafa şəhər qəbirstanlığında yerləşən məzarı ziyarət edilib. Şairin məzarına əklil, tər qərənfillər qoyulub. Eləcə də Hüseyn Arifin doğmalarının, dünyadan vaxtsız köçmüş oğlu Arifin məzarı üstünə tər qərənfillər qoyulub.

Anım tədbirində Qazilər, veteranlar, ağsaqqallar, Xalq artisti Tariyel Qasımov, BDU-nun Qazax filialının professoru Hüseyn Xəlilov, AYB-nin Qazax Bölməsinin sədri Əməkdar incəsənət xadimi şair Barat Vüsal, BDU-nun Qazax filialının müəllimi professor Valeh Nəsibli, BDU-nun Qazax filialının müəllimi, şair Mustafa Rasimoğlu, Mediaxeberleri.Az İnformasiya Portalının rəhbəri Ələddin Kəsəmənli, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa filialının sədri Ceyhun Əliyev, Ağstafa Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Turan Biləndəroğlu, Ağstafa rəsm qalareyasının müdiri Gülgün Kərimov, şair Aydın Tağızadə, Əfqanıstan Veteranları İB-nin Ağstafa filialının sədri Mirzahid Hacıyev, AVMVQ İB-nin Ağstafa rayon filialının sədr müavini Ədalət Şükürov iştirak ediblər.

Tədbir iştirakçıları Hüseyn Arifin yaradıcılığından, onun el-obaya, Vətənə olan sevgisindən söz açıblar.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov telefonla əlaqə saxlayaraq tədbiri iştirakçılarını salamladı: “Hörmətli ziyalılar, ağsaqqallar, hamınızı salamlayıram. Bu gün tarixi gündür. Həm Azərbaycan xalqının xilaskarı, Ümumilli lider Heydər Əliyevin ikinci dəfə xalqın çağırışı ilə hakimiyyətə gəlməyinin 29-cu ildönümüdür. Həm də Tarixi Qələbəmizdən sonra köksü işğalçılardan təmizlənən Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada Azərbaycan və qardaş ölkə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanmışdır. Bu gün Şuşa Bəyannaməsinin imzalanmasının 1 ili tamam oldu. Biz bu qələbəni Ulu Öndər Heydər Əliyevə borcluyuq. Şuşaya gedən yol Ulu Öndər Heydər Əliyevin müdrik siyasətindən başlayır. Cənab Ali Baş Komandanımız İlham Əliyev Şuşanın işğaldan azad olunması xəbərini xalqa çatdıranda böyük fəxr hissi ilə söylədi: “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim.”
Ulu Öndər Heydər Əliyevə, Qarabağın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizə Uca Allahdan rəhmət diləyirik. Qazilərə şəfa arzulayırıq. Allah dövlətimizi, ordumuzu qorusun”.

İlham Pirməmmədov Hüseyn Arif haqqında, Hüseyn Arifin qızları Səhər xanım və Zöhrə xanım haqqında xatirələrini danışdı. Hüseyn Arifə olan xalq məhəbbətindən, Hüseyn Arif poeziyasının xalq ruhuna doğmalığından, onun yaradıcılığının bənzərsizliyindən söz açdı.
Xalq şairi Hüseyn Arifə, övladları Arif və Səhərə Allahdan rəhmət dilədi. Hüseyn Arif poeziyasının, Hüseyn Arif insanlığının daim qəlblərdə yaşadığını, dövlətimiz, xalqımız tərəfindən xatirəsinin hər zaman əziz tutulduğunu vurğuladı.
Allah rəhmət eləsin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here