Bu gün rəssam Nəvai Metinin doğum günüdür

0
365

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azərbaycan Rəsm Komitəsinin başkanı, “METİN-X” reklam şirkətinin rəhbəri, gözəl eloğlu, etibarlı dost, sədaqətli və səmimi insan, mehriban ailə başçısı Nəvai Məmməd oğlu İbrahimovun (Nəvai Metinin) 57 yaşı tamam olur.
Rəssam Nəvai Metin çoxlu sayda sənət əsərinin ərsəyə gəlməsində böyük zəhmət və bacarıq nümayiş etdirən istedalı rəssamlarımızdandır. Onun Qazax mahalının tanınmış şəxslərin, məşhur insanlarına, toponimlərinə həsr etdiyi onlarca əsərinə tamaşa etdikcə insanın ruhu dincəlir.

O, daim “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində yaxından iştirak edir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Rafail İncəyurd, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından rəssam Nəvai Metini doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

P.S. Əslən Qazax rayonunun İncə dərəsindən- Aslanbəyli kəndindən olan Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazax rayonunun Qarayazı qəsəbəsində dünyaya göz açıb. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində ali təhsil alıb. İnstitu bitirdikdən sonra Bakı Şəhəri İcra Hakimiyyətində işləyib. Sonralar sahibkarlıq fəaliyyəti ilə məşğul
olub. 1989-cu ildən əsərləri müntəzəm olaraq dövrü mətbuatda nümayiş olunur.
Fərdi və qarışıq sərgilərin iştirakçısıdır və əsərləri sərgilərdə uğurla nümayiş olunur, çoxsaylı kolleksiyaçıların və ayrı-ayrı şəxslərin şəxsi kolleksiyasında saxlanılır. Bir çox kitabların rəssam tərtibatının müəllifidir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nəvai Metin 2013-cü ildə Türkiyənin İzmir şəhərində yerləşən Uluslarası Aktivist Sənətçilər Birliyinin Azərbaycan Təmsilçisi və Rəsm Komitəsinin başkanı seçilib.
O, Azərbaycan mədəniyyətinin eləcə də Türk dünyasının sənət incilərini və sənətkarların dünyaya tanıdılmasında gərgin,yorulmaz və uğurlu iş aparır.
“Metin-X” reklam şirkətinin rəhbəridir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here