Şəhid Tahir Əliyev Ağstafada dəfn olundu

0
434

Avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Hadisədə hər iki əsgərimiz şəhid olub.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri – BDU-nun Qazax filialının Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov, Vətən müharibəsi iştirakçısı, mayor Xəyyam Əliyev, ehtiyatda olan polkovnik-leytenant Ramin Mustafayev, iqtisad elmləri üzrə fəlsəfə doktoru Ceyhun Vəliyev, iş adamı Xəyyam Sanıyev, şair Rafail İncəyurd, rəssam Qafar Sarıvəlli, şairə Gülamayıl Murad, Mediaxeberleri.az saytının redaktoru Ələddin Kəsəmənli, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa rayon şöbəsi sədri Ceyhun Əliyev, video-operator Gündüz Şahvələdov, jurnalist Səbinə Yusif Ağstafa rayonunun Xətai kəndində Şəhid Əliyev Tahir Çingiz oğlunun dəfn mərasimində iştirak ediblər.

Şəhidin məzarı üstünə “Qazax” Xeyriyyə İctimai Birliyinin adından əklil və qərənfillər qoyulub.

Dəfn mərasimində Ağstafa RİH-nin başçısı cənab Seymur Orucov, Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şəhidin hərbçi yoldaşları, Qazax-Ağstafa mahalının ziyalıları, kənd sakinləri iştirak ediblər.


Ələddin Kəsəmənli Şəhidin atası Çingiz Əliyevə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun və İctimai Birliyin üzvlərinin adından başsağlığı diləyib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here