Tanınmış yazıçı, jurnalist Şəmistan Nəzirlinin 80 yaşı tamam olur

0
1829

Avqust ayının 12-də tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü Şəmistan Nəzirlinin 80 yaşı tamam olur.

Ədəbi fəaliyyətə 1958-ci ildə “Sovet Ermənistanı” qəzetində çıxan kiçik bir məqaləsi ilə başlayan Şəmistan Nəzirlinin bu günədək 42 kitabı, 800-ə yaxın elmi-publisistik məqaləsi çap olunub. Həmçinin bir neçə filmin də ssenari müəllifidir. Bir sözlə Şəmistan Nəzirli həyatının böyük bir hissəsini, daha doğrusu yaradıcı dövrünü Azərbaycan hərb tarixinin, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün məşhur şəxslərini, tanınmış sərkərdələrini, ictimai-siyasi xadimlərini tədqiq edən, Qori Müəllimlər Seminariyasını ilk dəfə Azərbaycan oxucusuna geniş şəkildə çatdıran, Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlər yazmış və Azərbaycan oxucusu tərəfindən böyük sevgi ilə sevilən yazıçılardandır. Yazıçının oxucu və tədqiqatçılar tərəfindən sevgisinin bir nümunəsi olaraq qeyd edək ki, Şəmistan Nəzirlinin həyat və fəaliyyəti haqqında, yaradıcılığı ilə bağlı olan 250-ə qədər məqalə dövrü mətbuatda işıq üzü görmşüdür.

Şəmistan Nəzirlinin qələmindən çıxan əsərlərin hər birinin arxasında gərgin fəaliyyət, işgüzar əmək, dərin araşdırma dayanır. O hər bir əsəri ilə bağlı araşdırma aparmaq üçün aylarla Bakı, Tiflis, Moskva, Leninqrad arxivlərində tədqiqatlar aparmış, dövrün şahidləri ilə görüşmüşdür.

Şəmistan Nəzirlinin müəllifi olduğu və oxucu sayına görə Azərbaycanda nadir kitablardan olan “Qoridən gələn qatar” sənədli povesti 3 dəfə – 1993-cü ildə, 2011-ci ildə, 2018-ci ildə çap olunmuşdur.

Qeyd edək ki, “Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 3 noyabr 2018-ci il tarixli sərancamına uyğun olaraq Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” sənədli povestyin 3-cü dəfə təkrar, təkmilləşdirilmiş nəşri “Qazax” Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə yüksək tirajla çap olunmuşdur.

Ömrünü hərb tariximizin araşdırılmasına, həmçinin tanınmış şəxslərin soy-kök şəcərələrinin tərtib edilməsinə həsr etmiş dəyərli yazıçı, tədqiqatçı  Şəmistan Nəzirli ömrünün kamillik yaşında da daim fəaliyyətində yaxından iştirak etdiyi “Qazax” Xeyriyyə İctimai Birliyi ilə əlaqələrini sıx şəkildə qoruyub saxlamışdır. 75 illik yubileyi münasibətilə 2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə “Fəxri diplom”la təltif olunmuşdur.

Qeyd edək ki, tanınmış publisist, nasir Şəmistan Nəzirlinin 80 illik yubileyi münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin rəsmi mətbu orqanı olan “Dəli Kür” qəzetinin Xüsusi buraxılışı hazırlanacaq və təntənəli yubiley mərasimi təşkil ediləcəkdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Xalq artisti Tariyel Qasımov, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Rüstəm Kamal, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, İbrahim Nəbioğlu, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Şəmistan Nəzirlini doğum günü, 80 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Şəmistan müəllim, biz sizinlə fəxr edirik!

 

P.S. Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də soykökü Qazağın Şıxlı obasından Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. 

1950-ci ildə Yuxarı Körpülü kənd orta məktəbinin 1-ci sinfinə getmişdir. Oxuduğu məktəbdə yuxarı siniflər (IX-X) ermənilər tərəfindən bağlandığına görə 1958-ci ildə ailəsi ilə birlikdə Azərbaycana – Dəvəçi rayonuna köçmüşlər.

1960-cı ildə Dəvəçi şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur.

1962-1965-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil almışdır.

1972-ci ildə əmək fəaliyyətinə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) “Gənc Leninçi” qəzetinin redaksiyasında ədəbi işçi kimi başlamışdır.

1973-1991-ci illərdə Azərbaycan Respublikası Televiziya və Radio Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, böyük redaktor və baş redaktor vəzifələrində çalışmışdır.

1991-1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının “Xatirə” redaksiyasında şöbə müdiri vəzifəsində işləmişdir.

1992-1996-cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar İdarəsində Hərb tarixi şöbəsinin rəisi olmuşdur.

1995-ci ildə

– “Qacarlar” əsərinə görə İran-Azərbaycan Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına;

–  Hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə “Qazax” Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “General Əliağa Şıxlinski” mükafatlarına layiq görülmüşdür.

1996-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində baş elmi işçi, Azərbaycan Respublikası Televiziya və Radio Şirkətində hərbi “Hərbi proqramlar və salnamə” redakiyasının baş redaktoru işləmişdir.

1996-cı ildə Xalq şairi Səməd Vurğun haqqında yazdığı silsilə əsərlərinə görə Səməd Vurğun Fondunun sədri Aybəniz Vəkilova tərəfindən “Səməd Vurğun” fəxri diplomuna layiq görülmüşdür.

1998-ci ildə polkovnik-leytenant hərbi rütbəsi almışdır.

1999-cu ildə Hərbi vətənpərvərlik mövzusunda yazdığı “Qarxunlu Əşrəf bəy” əsərinə görə “Elm” fondunun “İlin ən yaxşı kitabı” mükafatına layiq görülmüşdür.

2002-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülmüşdür.

2004-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif olunmuşdur.

– “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medulla təltif olunmuşdur.

– Səməd Vurğun Fondu tərəfindən “Səməd Vurğun” mükafatına layiq görülmüşdür.

2012-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi elmi Mərkəzinin hərb tarixi şöbəsində polkovnik-leytenant hərbi rütbəsində baş elmi işçi olmuşdur.

2012-ci il 28 noyabr tarixində Azərbaycan Jurnalistlər Birliyi tərəfindən “Həsən bəy Zərdabi isrsinin tədqiqi” sahəsindəki xidmətlərinə görə və H. Zərdabinin 170 illik yubileyi münasibətilə diplomla təltif olunmuşdur.

2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunub.

2 oğul övladından 2 nəvəsi var.

Hazırda istefada olan polkovnik-leytanantdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here