Firdovsi Umudov “Qüsursuz xidmətə görə 1-ci dərəcəli medalla” təltif olunub

0
565

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamına əsasən 17 avqust 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin polkovniki, Əməkdar məşqçi Firdovsi Umudov “Qüsursuz xidmətə görə 1-ci dərəcəli medalla” təltif olunub.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, general-mayor Azad Abdullayev, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, Arif Məmmədov, hərbi jurnalist Şəmistan Nəzirli, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Xalq artisti Tariyel Qasımov, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Rüstəm Kamal, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, İbrahim Nəbioğlu, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Həmzə Cəlilov, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Firdovsi Umudovu təltif olunması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Firdovsi müəllim, biz sizinlə fəxr edirik!

P.S. Firdovsi Qəminalı oğlu Umudov‎ 5 yanvar 1977-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub.
Qazax rayon 1 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbi əla qiymətlərlə oxumaqla yanaşı, aktiv şəkildə idmanın sərbəst güləş növü ilə də məşğul olmağa başlayıb. Hələ orta məktəbdə oxuyarkən bu idman növündə çoxsaylı qələbələrə imza atıb. Naxçıvan Universitetinin “Hüquq” fakültəsini müvəffəqiyyətlə başa vurub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.

F.Umudov 1993-2004-cü illərdə sərbəst güləş üzrə Milli Yığma Komandanın üzvü olub. Yeniyetmə, gənclər və böyüklər arasında dəfələrlə ölkə çempionu olub. Beynəlxalq turnirlərin qalibidir. Sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısıdır. Dünya kubokunun sahibidir. 2008-ci ildə Qazaxıstanın Almata şəhərində Beynəlxalq Güləş Federasiyasının Ali Məşqçilik Kursunu uğurla bitirib.

2005-ci ildə Milli Yığma Komandada məşqçi;

2007-2008-ci illərdə Sərbəst Güləş üzrə Yeniyetmələrdən ibarət Azərbaycan Yığma Komandasında baş məşqçi;

2008-2016-cı illərdə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan Milli Yığma Komandasında böyük məşqçi kimi çalışıb.

2016-2018-ci illərdə Milli Yığma Komandanın baş məşqçisi; 2018-ci ilin yanvarın 11-də Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti və yığma komandanın baş məşqçisi kimi fəaliyyət göstərib. 2020-ci ilə qədər Federasiyada vitse-prezident kimi fəaliyyətini davam etdirib.

Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçisi Firdovsi Umudov idman sahəsində əldə olunan böyük uğur və nailiyyətlərə görə, 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.

2009, 2012, 2015-ci illərdə Azərbaycanda ilin məşqçisi seçilib. Və ilk azərbaycanlı olaraq 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb.

2002-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin əməkdaşı olan Firdovsi Umudov göstərdiyi xidmət və fəaliyyətə görə 2015-ci ildə Polkovnik-leytenant hərbi rütbəsi ilə təltif edilib. 2022-ci ildə isə Dövlət Sərhəd Xidmətinin Polkovniki hərbi rütbəsi ilə təltif olunub.

Firdovsi Umudov digər sərhədçilər kimi, 44 günlük Vətən savaşında ön və arxa xətdə tapşırıqlar icra edərək, xidməti vəzifəsini uğurla yerinə yetirib.

Dövlət Sərhəd Xidmətindəki xidmətlərinə görə Firdovsi Umudov:

“Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı

“Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli medalları

“Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli medalları

“Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı

“Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı ilə təltif olunub.

Polkovnik Firdovsi Umudov hal-hazırda Sərhədçi İdman Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidentidir.

Vətən müharibəsində, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətlərinə görə Firdovsi Qəminalı oğlu Umudov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamına əsasən 17 avqust 2022-ci ildə “Qüsursuz xidmətə görə 1-ci dərəcəli medalla” təltif olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here