Əməkdar mühəndis Qasım Abdullayevin 65 yaşı tamam olur

0
451

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, texnika elmləri doktoru, “Şöhrət” ordenli, Əməkdar mühəndis Qasım İsrafil oğlu Abdullayevin 65 yaşı tamam olur.

Qasım Abdullayev Azərbaycanda metro-tunel tikintisinin inkişafında göstərdiyi misilsiz xidmətlərə görə ölkə rəhbərliyi tərəfindən “Şöhrət” ordeni və Əməkdar mühəndis fəxri adı ilə təltif edilmişdir.

Qasım Abdullayev, həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü olaraq hər zaman təəsübkeş ziyalı kimi daim İctimai Birliyin bütün tədbirlərdə yaxından iştirak edir. Xeyriyyəçilik əməllərini bu gün də şərəflə davam etdirən Qasım Abdullayev “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Birliyin “Fəxri fərman”ı ilə təltif olunmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, hərbi jurnalist Şəmistan Nəzirli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Xalq artisti Tariyel Qasımov, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Rüstəm Kamal, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, İbrahim Nəbioğlu, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Qasım Abdullayevi doğum günü, 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Qasım müəllim, biz sizinlə fəxr edirik! 

P.S. Əslən Qazax rayonunun Muğanlı kəndindən olan Qasım Abdullayev 5 sentyabr 1957-ci də Tovuz rayonunun Aşağı Quşçu kəndində ziyalı ailəsində anadan olub.Atası Abdullayev İsrafil Qazax rayonu Muğanlı kənd orta məktəbinin fizika-riyaziyyat müəllimi işləmişdir. 1964-cü ildə Qazax rayonu Muğanlı kənd tam orta məktəbinə gedib, 1974-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakültəsinə qəbul olunub və 1980-ci ildə həmin təhsil müəssisəsini körpü və tunellər ixtisası üzrə bitirib. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

1980-ci ildə təyinatla gənc mütəxəssis kimi “Bakımetrotikinti” İdarəsinin 7 nömrəli Tunel dəstəsində növbə rəisi kimi əmək fəaliyyətinə başlayıb.
1981-1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 
1983-cü ildən 1993-cü ilədək “Bakımetrotikinti” İdarəsində sahə rəisi işləyib.
1993-1996-cı illərdə “Azərtunelmetrotikinti” ASC-nin Xüsusi Tamamlama İşləri İdarəsinin baş mühəndisi vəzifəsində çalışıb.
1996-cı ildə həmin idarənin rəisi təyin edilib və 23 avqust 1999-cu ilədək həmin vəzifədə çalışıb.
1999-cu ilin avqust ayında isə “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin edilib və 2014-cü ilədək bu vəzifədə uğurla çalışmışdır.
2018-2020-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri vəzifəsində çalışır.
Onun fəaliyyəti dövründə “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” kimi böyük stansiyaların inşası həyata keçirilmiş və tamamlanaraq əhalinin istifadəsinə verilmişdir. Bundan başqa “Elmlər Akademiyası” metro stansiyasının tikintisi, Prezident Administrasiyası və Musiqili Komediya Teatrı binalarının, Şəhidlər Xiyabanının mərmərlə üzlənməsi, eləcə də “Həzi Aslanov” metro stansiyasının bəzək-tamamlama işləri, Tovuz şəhərində 2 tunelin yeraltı keçidin tikintisi, “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, “Avtovağzal” və “Əcəmi-2” metro stansiyalarının inşası Qasım Abdullayevin əmək bioqrafiyasının uğurlu səhifələrindəndir. 1980-ci illərin əvvəllərində Nalçikdən 90 km aralıda, Elbrus zirvəsinin yaxınlığında yerləşən SSRİ Elmlər Akademiyasının Baksan Neytrino Rəsədxanasında Günəşdən gələn neytrin şüalarını tutmaq üçün dağ altında tikilən eksperiment tunelinin inşası gecikdiyindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev bu işin icrasını nəzarətə götürür. Buna görə də Ulu Öndər əlavə işçi qrupunun Azərbaycandan gətirilməsini qərara alır. O dövrdə “Azərtunelmetrotikinti”nin sədri olan Şaiq Əfəndiyev həmin tikinti işlərini həyata keçirə biləcək mütəxəssis kimi Qasım Abdullayevi ora rəis müavini göndərir.

Qasım Abdullayev 1986-cı ilin aprel ayından 1990-cı ilin aprel ayınadək 3500 metr uzunluğunda tunelin və yeraltı reaktor mərkəzlərinin tikintisini yüksək peşəkarlıqla və vaxtında həyata keçirir. Bu xidmətlərinə görə onun haqqında SSRİ-nin ali mükafatlarından birinə təqdimat göndərilsə də SSRİ-nin dağılması ilə bu işlər də yarımçıq qalır.

Qasım Abdullayev Azərbaycan Respublikasında metro-tunel tikintisi sahəsində yeganə elmlər doktorudur.

O, 2007-2011-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.Qasım Abdullayev 2007-ci ilin noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 10 aprel 2017-ci il tarixdə isə  Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilmişdir.

Ailəlidir, 1 oğlu, 1 qızı və 6 nəvəsi var. Qızı Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, tibb elmləri üzrə fəlsəfə doktorudur. Oğlu isə İngiltərənin Keele Universitetinin beynəlxalq əlaqələr fakültəsini və London Universitet Kollecinin siyasət, təhlükəsizlik və inteqrasiya üzrə magistratura pilləsini bitirib, dövlət qulluqçusudur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here