Təbrik edirik, Arzuman müəllim!

0
2631

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini Arzuman Abdulkərimovun doğum günü olmuşdur. Onun 50 yaşı tamam olur.

Arzuman Abdulkərimov Ana Vətən Partiyasının sədr müavini kimi siyasi proseslərdə hər zaman dövlətini və millətini sevən bir şəxs kimi ictimai işlərdə də aktiv bir vətəndaş olaraq “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində də özünəməxsus yer tutmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, hərbi jurnalist Şəmistan Nəzirli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini Puşkin Əhmədov, şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Xalq artisti Tariyel Qasımov, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar jurnalist Akif Aşırlı, professor Rüstəm Kamal, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, İbrahim Nəbioğlu, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Arzuman Abdulkərimovu doğum günü, 50 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

P.S. Arzuman Səid oğlu Abdulkərimov 5 sentyabr 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. Orta Salahlı kənd orta məktəbini bitirdikdən sonra indiki Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə könüllü olaraq erməni təcavüzünə qarşı hərbi xidmətə getmişdir. Qazaxda, Qarabağda döyüş yolu keçmişdir. Arzuman Abdulkərimov iş adamı kimi hər zaman xeyriyyəçilik işləri ilə də məşğul olmuşdur. O, 2016-cı ildə Qazax rayonundan ən yüksək balla ali təhsil ocaqlarına qəbul olmuş dörd nəfər tələbəyə “Hilal” diplomu və pul mükafatı vermiş, Bakı Dövlət Universitetinin Qazax filialına ən yüksək balla qəbul olmuş bir nəfər tələbəyə isə bir illik aylıq təqaüd vermişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here